Böyüklərin Ramazan proqamı: Əllamə Təbatəbai Ramazan ayında
Müəllif: Admin
Tarix: 19-07-2014, 09:43
Böyüklərin Ramazan proqamı: Əllamə Təbatəbai Ramazan ayında
Şagirdlərindən biri Əllaməni belə xatırlayır:
Əllamə Təbatəbai irfanın praktik olaraq mərhələlərini keçmiş, məna aləminin dərinliklərini təcrübə etmiş arif idi. Biz onula nə vaxt yolda rastlaşsaydıq onu dilinin altında zikr deyən görərdik. Dərsdə, məclisdə sükut yarandığı vaxt Əllamənin dodaqları yənə də tərpənər, Allahı yad etməklə məşğul olardı. Usatad nafilərlərə xüsusi diqqət yetirərdi.Hətta yol getdiyi vaxt da bəzən nafilə namzı qılırdı. Razmazan ayında səhərə qədər oyaq qalırdı. Gecənin müəyyən hissəsini mütaliə edərdi. Qalan vaxtı dua və zikirlə məşğul olardı. Qum şəhərində olduğu vaxtlarda azı həftədə bir dəfə Həzrət Məsumənin hərəminə baş çəkərdi. Yay aylarını bir qayda olaraq Məşhədə, İmam Rzanın ziyarətinə gedərdi. Gecələr hərəmə daxil olar, qəbrin baş tərəfində bir yerdə əyləşib xüsusi bir halətlə, təvazö və təslimlə ziyarət edər, zikrə, fikrə məşğul olardı. Çox vaxt onu təfəkkürə dalmış görərdin.

Bir gün Əllamənin yaxın və əziz tələbəsi olmuş Murtəza Mütəhhəridən soruşdum: Siz Əllamə haqında danışarkən onun həddən artıq ehtiramını saxlayır , “canım fəda olsun ona” ifadəsini işlədirsiniz. Bu qədər onu böyütmək nəyə görədir?” Murtəza Mütəhhəri dedi: “ Mənim ona həddən artıq ehtiram etməyim, bu dərəcədə onu sevməyim onun böyük filosof, elm adamı olmasına görə deyil. Əllamə Əhli-Beyt aşiqi olduğu, onlara həddən artıq bağlı olduğu üçündür ki, mən də onu bu qədər ehtiramla yad edirəm. Əllamə Təbatəbai Ramazan ayında öz orucunu Həzrət Məsuməninin zirehindən bir busə götürməklə açardı. Yəni öncə piyada hərəmə gedər, xanıma baş çəkər, zirehindən bir öpüş götürər, sonra evə gedib iftarını açardı. Onun bu xüsusiyyəti məni valeh etmişdir”.

ilahiyyatçı, Fizuli Şəfiyev
Deyerler.org
Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031