Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Ümumdünya Səhiyyə Təşkilatı: Homoseksuallıq xəstəlik deyil!

Ümumdünya Səhiyyə Təşkilatı: Homoseksuallıq xəstəlik deyil!

Ümumdünya Səhiyyə Təşkilatı: Homoseksuallıq xəstəlik deyil!
Ümumdünya Səhiyyə Təşkilatı hesabat yaydı
İslamazeri-nin "bilimsol"-a istinadən verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı homoseksuallıq barədə 17 səhifəlik yeni hesabat hazırlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı homoseksuallıq barədə araşdırmaq aparmaq üçün xüsusi komissiya təşkil edib. Amerikalı Susan Cochranın rəhbərlik etdiyi komissiyaya müxtəlif ölkələrdən mütəxəssislər cəlb edilib.
Komissiya 2017-ci ildə dərc ediləcək ICD cədvəlində (Xəstəliklərin Beynəlxalq Təsnifatı) homoseksuallığın xəstəliklər siyahısından çıxarılması barədə çağırış edilib. Həmçinin vurğulanıb ki, homoseksuallığın xəstəlik olduğuna dəlil göstəriləcək heç bir şeyə rast gəlinməyib.
Hesabatda homoseksual meyillilikdən meydana gələn "stres"in tamamilə cəmiyyətdən təcrid edilmə ilə əlaqəli olacağı qeyd edilir. Necə ki, yoxsulluqla əlaqədar stres səbəbilə yoxsulluq bir xəstəlik kimi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmirsə, homoseksuallıq mövzusu da bu cür nəzərdən keçirilməlidir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatına üzv 170 ölkənin çağırışa necə cavab verəcəyi isə maraqla gözlənilir.

islamazeri.az
Müəllif: Admin | 8-07-2014, 09:24
Baxılıb: 946
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.