Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Siqareti tərgitməyin yollarını öyrənin

Siqareti tərgitməyin yollarını öyrənin

Siqareti tərgitməyin yollarını öyrənin
Siqareti tərgitmək istəyirik. Amma bacarmırıq! Doğrudan çətin işdir...

Şübhəsiz ağciyər xəstəliklərinin artmasında siqaretin zərərlərini bilməyən şəxs yoxdur. Lakin bəlkə də bir çox şəxs bilmir ki, siqaret orqanizmin müxtəlif yerlərində xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Siqaret sonsuzluğu yaradan əsas amillərdən biridir. Siqaret damarların parçalanması və tutulmasına səbəb olur. Bu isə beyin insultu və ürək infarktının əsas səbəblərindən biridir.

Əgər doğrudan da siqareti tərk etmək istəyirsinizsə, əsas məsələ onu tərk etmək üçün iradə etmək və sonra isə proqram tənzimləməkdir.

Siqaret çəkən şəxslərin bir çoxu üçün onu yandırmaq və çəkmək psixoloji cəhətdən sakitləşdiricidir. Xüsusilə də stress və əsəbi olduqları halda.

Buna görə, siqareti tərgitməyin yollarından biri digər əməllərlə onu əvəz etməkdir. Misal üçün sönük siqareti çəkmək, süni və yaxud elektronika siqaretindən istifadə etmək, nikotinsiz siqaretdən istifadə etmək, saqqız çeynəmək, ləbləbi yemək, tum çırtlamaq və s...


Siqareti tərgitmək prosesini tənzimlənmiş və tədrici proqram əsasında yerinə yetirməyə çalışın. Adətən siqareti həmişəlik tərgitmək üçün münasib zaman 2-4 həftədir.

Siqaretin azalması prosesində əsasən ilk həftələr üçün bir neçə sadə məsləhət təsirli ola bilər.

- Siqaret çəkməyin arasındakı fasiləni uzadın. Çalışın gündə çəkəcəyiniz siqaretlərin sayından bir və yaxud iki ədədini azaldın.
- Siqareti yarıya qədər çəkin və sonra onu söndürün.
- Siqareti çəkmək üçün istifadə etdiyiniz əli dəyişin. Çünki bu məsələ siqaretin asanlıqla çəkilməsini və onun ləzzətini azaldacaq.
- Siqareti qutu ilə almaq əvəzinə onu ədədlə alın. Çalışın özünüzlə kibrit və yaxud alışqanınız olmasın. Daha çox idmanla məşğul olun.
- Mayelərin qəbulunu artırın. C və D vitaminlərinə malik təbii meyvə sularından istifadə faydalı olacaqdır.
- Ayran, süd və qatıq da sakitlik bəxş etmək xüsusiyyətinə malik Triptufan kimyəvi maddəsinə malikdir.
- Bir çoxlarının təsəvvür etdiklərinin əksinə olaraq, çay, qəhvə və kofeinli içkilər yaxşı əvəzedici hesab olunmur və hətta siqaretə meyli də artıra bilər.
- Bəzi qida maddələrindən istifadə etmək də siqaretdən istifadəni azaldır. Badam və kişmiş bu xüsusiyyətə malikdir. Buna görə siqareti tərgitmək üçün ondan istifadə məsləhət görülür. Quru əncir, ispanaq və çuğundur yarpağı da bu xüsusiyyətə malikdir. Buna görə siqareti tərk etmək dövründə qida maddələrində ondan istifadə etmək faydalıdır.
- Nanə və çobanyastığı dəmləməsindən içmək siqaret çəkməyə meyli azaldır.
- Akupunkturu da qurşanma növləri, o cümlədən siqaretə qurşanma məsləhət görülür. Bu üsul çox faydalıdır və heç bir neqativ halı yoxdur. Əlbəttə əgər bu sahənin mütəxəssisi tərəfindən yerinə yetirilərsə.
- Hipnotizm də siqareti tərgitməkdə faydalıdır. Bunun üçün psixoloq müraciət etmək lazımdır.


Doktor Əmir Humən Kazimi
Akupunktur və müalicəvi bitkilər üzrə mütəxəssis
Müəllif: Admin | 26-04-2014, 22:27
Baxılıb: 917
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.