Bu surəni yazıb, ticarət yerində saxlamaq – qazanc gətirər
Mьəllif: admin1
Tarix: 2-02-2023, 23:04
Bu surəni yazıb, ticarət yerində saxlamaq – qazanc gətirər
"Duxan” surəsi - Quranın 44-cü surəsidir ki, 59 ayəsi vardır və Məkkidir (Məkkədə nazil olmuşdur). Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Duxan” surəsini gecələri qiraət edərsə, Allah keçmiş günahlarını bağışlayar”.

Başqa bir hədisdə oxuyuruq: "Hər kim cümə gecəsində "Duxan” surəsini oxuyarsa, bağışlanmış olar”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim cümə gününün gündüzü və ya gecəsi "Duxan” surəsini oxuyarsa, Allah behiştdə onun üçün ev tikər və hər kəs cümə gecəsi bu surəni oxuyarsa, səhəri elə edər ki, Allah onu bağışlamış olar”.

İmam Baqir (ə) buyurur: "Hər kim "Duxan” surəsini nafilə və vacib namazlarında oxuyarsa, Allah onu Qiyamət günü imanlıların zümrəsində dirildər. Öz ərşində ona yer verər. Hesabını asan edər və əməl dəftərini sağ əlinə verər”.

Hər kim "Duxan” surəsini yazar və uşağın boynuna bağlayarsa, cinlərdən və hər cür sancandan amanda olar.

Hər kim bu surəni yazar və özü ilə gəzdirərsə, insanların gözündə heybətli görünər. Hər kim onu yusa və suyunu içsə, sözgəzdirənin şərindən amanda olar.

İmam Sadiq (ə) buyurur: "Hər kim 70 dəfə bu surəni oxuyarsa, hacəti yerinə yetər. Hər kim bu surəni yazarsa və özü ilə gəzdirərsə, xəlq onu sevər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər "Duxan” surəsini yazsalar və özləri ilə gəzdirsələr, şeytanın hiylə və məkrindən amanda olarlar. Əgər bu yazını gecə başının altına qoysalar, yuxuda şirin və xoş röya görərlər. Gecə iztirabından xilas olarlar”.

Əgər bu surəni yazsanız və suyunu başı ağrıyan insana içizdirsəniz, ağrısı keçər.

Əgər tacirlər bu surənin yazılmışını öz ticarət yerlərində saxlasar, çoxlu qazanc əldə edərlər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930