Həzrəti Əlinin (ə) ömrünün son dəqiqələrində etdiyi vəsiyyəti
Müəllif: Admin
Tarix: 17-04-2014, 02:02
Bölmə: Məqalələr » Maarif
Allahın Yer Üzündəki Canişini
Əmirəl Mömininin yeddinci vəsiyyəti. “Əmr be məruf” və “nəhy əz münkər” etməyi yaddan çıxartmayın, bu iki prinsibi tərk etmək pis və napak insanların sizlərə hakim kəsilib zülm etmələrinə səbəbi olacaq, sonra da sizin yaxşılarınız nəqədər dua etsələr də, duaları qəbul omayacaq.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İbni Mülcəm (lənətullahi əleyh) o daş ürəkli və özünü müqəddəs kimi göstərən qatil, 40-cı hicri ilində ramazan ayının 19-da səhər vaxtı Məsciddə namaz qılarkən Əli (əleyhis salam)-ın başına zərbət endirdi. Əli (əleyhis salam)-ın yarılmış başından axan qan Məscidin mehrabını Həzrətin al qanına qərq etdi. İmamı mənzilə apardılar. Üç gün evdə yatağda uzandı. Bu müddət ərzində çoxlu insanlar onun gprüşünə gəlir di... Nəhayət Mübarək Ramazan ayının 21-ci gecəsi Allahın evində dünyaya göz açmış insan sonuncu vəsiyyətini etdikdən sonra Allahın evində də dünyasını dəyişərək Pərvərdigarına qovuşdu...
Biz ABNA olaraq, bu ağır, hüznlə dolu olan günü, başda İmam Zaman həzrətlərinə (Allah onun şərəfli zühurunu tezləşdirsin), onun haqq naibi İmam Xamenei cənablarına və bütün bəşəriyyətə dərin hüznlı başsağlığı veririk.

İmam Əlinin (əleyhis səlam) ömrünün axır vaxtlarında buyurduğu vəsiyyətnaməsi
Əmirəl Möminin (əleyhis səlam) Allah Təalanın şəriksiz olmasına şəhadət verir və həzrəti Muhəmmədin (səlləllahu əleyhi və alih) Allahın bəndəsi və onun Elçisi olduğuna iqrar edir. Allah onu Peyğəmbər olaraq göndərdi ki, öz dinini onun köməkliyi ilə, digər dinlərə qələbə çaldırsın. Mənim namazım, ibadətim, həyatım və yaşayışım Allah üçündür. Onun şəriki yoxdur, mən bu işə əmr olmuşam və ona təslim olanlardanam, deyə həzrəti Əli (əleyhis səlam) buyurdu: “Oğlum Həsən! Sən, butun övladlarım, Əhli-Beytim və bütün o kəs ki, yazdığım məktub ona çatacaq sizi aşağıdakı işlərə tövsiyə edirəm:
1. İlahi təqvanı heçvaxt yaddan çıxartmayın, çalışın ömrünüzün son anınacan Allahın dinində qalasız.
2. Hamılıqla Allahın ipindən yapışın, iman və Allahşünaslığı meyarı qərar verib bir araya gələrək birləşin və təfriqə salıb ikitirəlik yaratmaqdan çəkinin, Peyğəmbər buyurub: “Camaat arasındakı münaqişələrin həll edilməsi, daim oruc tutub namaz qılmaqdan fəzilətlidir. Din yalnız fitnə-fəsad salmaqla aradan gedər.”
3. Yaxınlarız və qohumlarınızı yaddan çıxartmayın, silei-rəhm edin ki, silei-rəhm Allah yanında isanın sorğu-sualını yüngülləşdirir.
4. Sizi and verirəm Allah! Allaha! Yetimlərlə xoş davranın, olmaya ac və baxımsız qalsınlar.
5. Sizi and verirəm Allah! Allaha! Qonşularınızla xoş rəftar edin, Peyğəmbər qonşu haqqda o qədər tapşırıqlar buyurdu ki, güman etdik, qonşu bizdən irs aparacaq.
6. Sizi and verirəm Allah! Allaha! Qurana əməl edin, olmaya digərləri əməl etməkdə sizdən önə keçərlər.
7. “Əmr be məruf” və “nəhy əz münkər” etməyi yaddan çıxartmayın, bu iki prinsibi tərk etmək pis və napak insanların sizlərə hakim kəsilib zülm etmələrinə səbəbi olacaq, sonra da sizin yaxşılarınız nəqədər dua etsələr də, duaları qəbul omayacaq.
8. Sizi and verirəm Allah! Allaha! Namaz qılın. Namaz dinin sütunudur.
9. Sizi and verirəm Allah! Allaha! Kəbə evini qoruyun. Olmaya həccə getməklik tətil ola. Əgər tətil olarsa, möhlət verilmədən digərləri sizlərə qələbə çalarlar.
10. Sizi and verirəm Allah! Allaha! Allah yolunda Cihad edin. Bu yolda öz canız və malızdan heç bir şey əsirgəməyin.
11. Sizi and verirəm Allah! Allaha! Zəkat verin. Zəkat, Allahın əzablı atəşini söndürür.
12. Sizi and verirəm Allah! Allaha! Peyğəmbərin nəslinə diqqət yetirin. Olmaya onlara zülm olunsun.
13. Sizi and verirəm Allah! Allaha! Peyğəmbərin səhabələri və köməkçilərinin qədrlərini bilin. Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) onları tapşırıb.
14. Sizi and verirəm Allah! Allaha! Kasıbların hayına qalın. Onları öz həyatınızda özünüzə şərik qərar verin.
15. Sizi and verirəm Allah! Allaha! Qullarla Allah buyuran kimi rəftar edin ki, Peyğəmbərin sonuncu buyuruqları onlar haqqında idi.
16. Allahın razılığı olan işlərdə çalışın və camaatın (bu işin əleyhinə müxalif olduqları zaman) dediklərinə qulaq asmayın.
17. Camaatla Quran buyurduğu kimi xoş və gözəl rəftar edin.
18. Aranızdakı dostluq əlaqələrini gücləndirin, bir-birinizə yaxşılıq edin. Kənara çəkilib, əlaqələrə son qoyub, ikitirəlik salmaqdan pəhriz edin.
19. Xer işləri bir-birinizin köməkliyi ilə, birlikdə əncam verin. Günah işlərdə həmkarlıq etməkdən həmçinin kin-küdrətə gətirib çıxaran düşmənçilik yaradan işlərdə yardımçı olmaqdan pəhriz edin.
20. Allahdan (ona qarşı üsyan etməkdən) çəkinin. Onun cəzaları çox şiddətlidir.
Allah sizi himayəsi altında hifz etsin, Peyğəmbər ümmətinə də, sizin (yəni Əhli-Beyt əleyhimus səlam) və Peyğəmbərin hörmətini saxlamaq üçün tofiq əta etsin. Sizi Allha tapşırıram. Vəssəlamu əleykum və rəhmətullah...”
Bəziləri buyurur ki, İmam vəsiyyətini qurtardıqdan sonra bir ləhzə bihuş oldu yenidən huşa gəldikdən sonra zilzal sürəsinin sonuncu ayəsini “Hər kim zərrə qədər yaxşı iş görərsə onun xeyrin görəcək və hər kim zərrə qədər pislik edərsə onun cəzasını çəkəcək”- oxudu və sonra ruhu mübarək bədənindən ayrılanacan “Lə İləhə illəllah” zikrini dedi və gözlərini yumdu.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031