Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Niyə Yusif (ə) Züleyxa ilə qarşılaşan zaman büdrəmədi?

Niyə Yusif (ə) Züleyxa ilə qarşılaşan zaman büdrəmədi?

Niyə Yusif (ə) Züleyxa ilə qarşılaşan zaman büdrəmədi?

(Görkəmli əxlaq müəllimlərindən olan hüccətil-İslam Muhəmmədəli Cavidanın dərslərindən)
“İnsan hər nə qədər düşünsə ki, azaddır, azad fikirləşir və hökm verir – belə deyildir. Əslində insan xarici rəhbərliyin təsiri altındadır. Bu rəhbərlik İlahi də ola bilər, şeytani də. İnsan nə zaman İlahi vilayətdən çıxsa, şeytanın vilayətinə daxil olar.
Şeytan da insana vədə verər, Allah da. Şeytan insana yüzlərlə, minlərlə vədə verər ki, bu işi gör, cənnətə gedəcəksən. Lakin insan həmin günahı edən zaman cənnət hesab etdiyi yer cəhənnəm olur. Şeytanın verdiyi vədələr əvvəl çox şirin gəlir, lakin sonradan insan onun acılığını bütün varlığı ilə dadır. Allah Təala şeytana səltənətlik verməmişdir. Bu insandır ki, o lənətliyi özünə dost və rəhbər qərar verir. O kəslər ki, azad olduqlarını düşünürlər, onlar əslində şeytanın vilayətindədirlər.
Şeytan insanın ətrafında fırlanar, səsləyər. Əgər cavab versən, bu halda çətinliklər başlayar. O, deyər ki, “mən ancaq səni səslədim, cavabımı sən verdin. Sən özün istədin”. Sonra gözünün önünə xəyalları gətirər və bir xəyaldan başqasına keçərsən. Bunu etmə, xəyala yol vermə. Əgər xəyala yol versən, şeytanın vilayətinə daxil olarsan.
“Çünki, (zəlalətə düşənlər) Allahın yerinə şeytanları özlərinə başçı və yardımçı götürdülər və onlar doğru yolda olmalarını güman edirlər”. (“Əraf” 30). Allah buyurur ki, şeytanı o kəslərin vəlisi edir ki, Allahı qəbul etməz, Qiyaməti qəbul etməz. Hər kim iman gətirməz, deməli şeytanın vilayətindədir. Yəni, vəlisini şeytan qərar vermişdir.
“Həqiqətən öz dostlarını (şayiələrlə düşməndən) qorxudan yalnız şeytandır. Odur ki, əgər möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”. (“Ali-İmran” 175). Şeytan yalnız öz dostlarını və o kəsləri ki, onunla əhd bağlayıblar, qorxudar.
İmam Sadiqə (ə) sual verirlər ki, Yusif (ə) niyə Züleyxanın qarşısında büdrəmədi? Həzrət (ə) buyurur: “Çünki bu evə gələn gündən bəri o qadının üzünə baxmamışdı. Əvvəl gündən başı aşağı idi”. O kəsin ki, əvvəl gündən başı aşağı olar, Allah onu büdrəməyə qoymaz. Əgər bəzən baxmış olsaydı, həmin an büdrəyərdi. Bu kiçik büdrəmələr yığılıb nəhayət böyük günaha yol açardı.
Bir vaxt ürəyim sıxılır və qarşımda olan insana acı söz deyirəm, ya abrını aparıram, ona zülm edirəm. Belə olan zaman əgər tövbə etsəm, heç çətinlik yaranmaz. Allah məni böyük hadisələrdən qoruyar. Allah heç kəsi pisliyə tərəf atmaz. Bu bizik ki, elə işlər görürük ki, sonda da bizi büdrədir.
Sən bəzən bir həftə hiss edirsən ki, şeytana qələbə çalırsan, ona görə rahatlaşırsan və elə bilirsən ki, artıq səninlə işi olmayacaqdır. Bu zaman şeytan gələr və səni ovlayar. Yox, əgər qorxun əvvəlki gündəki kimidirsə, o zaman gözün Allahda olar. Əgər gözüm İlahi rəhmətdə olarsa, O, məni heç bir zaman tərk etməz, tənha qoymaz. Mən əgər qorxuramsa, Allah məni tənha buraxmaz. Əgər rahatamsa, o zaman büdrəməyim üçün zəminələr yaranar”. (Tebyan)

/Deyerler.org/
Müəllif: Admin | 14-10-2014, 10:54
Baxılıb: 486
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.