Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Sahibəz-zaman

Sahibəz-zaman

Sahibəz-zaman


Gəl, ey Sahibəz-Zaman, gətir al səhəri sən,
Müjdə yetir, sevindir baban Peyğəmbəri sən!
Seçdiyisən Allahın, Peyğəmbərin varisi,
Ərşin-gürşün dirəyi, əlçatmaz məhvərisən!
Gözləyirik zührünü, gözümüzdə intizar,
On bir əsrdir qəflətdə yaşayırsan, dirisən!
İki yüz əlli altı hicridə doğuldun, sən,
Beş yaşında itirdin atan Həsən Əsqəri sən!
Fatimeyi-Zəhradır müqəddəs ulu nənən,
Haqq bilir ki, on iki imamlardan birisən!
Banisidir İslamın ulu baban Məhəmməd!
Sən İslam dünyasının sonuncu rəhbərisən!
Günəş kimi parlaqdır, safdır məramın sənin,
Yolun haqq yolu-şiyeyi-isna-əşərisən!
Samirrada doğuldun, dünya oldu məkanın,
Haşiminin layiqli, sevimli gövhərisən!
Gələndə Peyğəmbərin əmmaməsi başında,
İslah eylə haramdan, pislikdən bəşəri sən!
Qızıl Quran nur saçıb parlayanda döşündə,
Görəcəksən qarşında Mürtəza Kərrari sən!
İslam dini naminə seyfi-zülfüqarı çək,
İmdadına harayla o, Şahi-Heydəri sən!
Hələ gəlib çatmamış Dəccalın dövranı,
Öldür münafiqləri, azğın müşrikləri sən!
Bərpa eylə cahanda haqqı-ədaləti, gəl,
Yer üzündən təmizlə hər böhtanı, şəri sən!
Mehdi (əleyhis-səlam) gecə də, gündüz də sən,
Dünyamalı Kərəmin dilinin əzbərisən!


Dünyamalı KƏRƏM
Müəllif: Admin | 13-04-2014, 20:42
Baxılıb: 341
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.