Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Alçanın faydası

Alçanın faydası

Alçanın faydası
Yayda ən çox yeyilən meyvələrdən biri alçadır. Bu turş və dadlı meyvəni görüb, heç olmasa birini yeməmək mümkün deyil. Hər gün mütləq almağımız lazım olan C vitamini alçada bol miqdarda var. Bundan başqa alçada göz və dəri sağlamlığı üçün əhəmiyyət daşıyan A vitamini, qanın axmasına məsul olan K vitamini, təzyiq və su tarazlığını təmin edən natrium, kalium, stress əleyhinə mineral olan maqnezium da mövcuddur. Kalsium ehtiva edən alça dəmir baxımından da olduqca zəngindir. Sıx lif quruluşuna da malik olan alçanın həzm sistemi üzərindəki təsiri çox böyükdür. Aile.lent.az alça və onun faydaları haqda məlumatı təqdim edir.

Alçanın antioksidan xüsusiyyətləri araşdırılıb və 100 fərqli meyvə ilə müqayisə edilib. Araşdırmalarda anitoksidanları xərçəng hüceyrələri ilə qarşı-qarşıya qoyublar. Nəticədə sübut edilib ki, alçanın antioksidan gücü çöl böyürtkənindən daha çoxdur. Bundan başqa, döş xərçəngi hüceyrələri ilə qarşılıqlı təsiri araşdırılıb. Məlum olub ki, alça döş xərçəngi hüceyrələrinin böyüməsini dayandırmaq gücünə malikdir.

Alçanın insan orqanizminə olan faydaları bunlardır:


- Həzmin işini nizamlı və kifayət qədər təmin edir.

- Qəbizliyin qarşısını alır.

- Lif baxımından zəngin olduğu üçün mədə qazı, qəbizlik və qaz probleminə təsirlidir.

- İmmunitet sisteminin formalaşmasında və qorunmasında köməkçidir.

- Daim alça yemək diş ətlərini gücləndirir.

- Diş sağlamlığının formalaşması və qorunmasına təsir göstərir.

- Dəmir əskikliyinin qarşısını almaqda və müalicə müddətində köməkçidir.

- Bədənin qan dövranına köməkçi olur.

- Alçanın tərkibində olan zəngin C vitamini və dəmir anemiya kimi qırmızı qan hüceyrələrinin çatışmazlığı səbəbindən yaranan xəstəliklərin qarşısını alır.

- Gümrah və möhkəm bədən üçün alça əvəzedilməz meyvədir.

- Bağ toxumasını gücləndirir və beləcə, daha möhkəm bir bədənə sahib olmaq imkanı yaradır.

- Alçadakı C vitamini insan bədənində bağ toxumalarının möhkəm qalmasına kömək olur. Beləcə, bədəninizin möhkəm, gənc, sağlam və uyğun görünüşlü olmasında köməkçidir.

- Arıqlamaq istədikdə alça yeyin.

- Alça qan şəkəri səviyyələrinə müsbət təsir edir.

- Alça yedikdən sonra qandakı qlükoza ortaya çıxır. Qan şəkəri nə qədər balanslı olarsa, arıqlamaq da o qədər balanslı və davamlı olar.

- Bədənin daxilində baş verən ziyanların qarşısını alır.

- Alça yüksək miqdarda antioksidant ehtiva etdiyi üçün beyin və qandakı hüceyrələrin zərər görməsinə mane olur.

- Ağciyərlərin qorunması və sağlığı üçün təsirlidir.

- Alça yeyənlərin astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və ağciyər problemlərindən uzaq qaldığı sübut edilib.

- Yaşlı insanların nizamlı olaraq alça yemələri görmə problemini aradan qaldırmağa kömək edir.saqlamheyat.az/


Müəllif: Admin | 19-05-2016, 10:07
Baxılıb: 861
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.