Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Evlilikdə gərək bu səhvlərə yol verməyək

Evlilikdə gərək bu səhvlərə yol verməyək

Evlilikdə gərək bu səhvlərə yol verməyək
Evliliyin ilk illərində hər şey bal kimi şirin olar. Əgər ailə həyatınızın ilk illərində olduğu kimi davam etməsini istəyirsinizsə, bəzi tövsiyələrə qulaq verin.
1. Az miqdarda və hərdən mübahisə edin.
Mübahisə edin, ancaq az və bəzən. Çünki əgər narazılığınızı büruzə verməsəniz, aranızda olan rabitə zəifləyər. Narazılıq da hər bir hiss kimi büruzə olunmalıdır, ancaq düzgün yollarla. Həyat yoldaşınıza deyin ki, ondan narazısınız. Çünki sizə qarşı filan rəftarı nümayiş etdirmişdir. Bu düşüncələrinizi onunla bölüşün. Çalışın ki, məsələni həll edəsiniz. Əgər məsələnin kənarından keçsəniz və onu büruzə verməsəniz, heç bir zaman özünüzü qarşı tərəfə tanıda bilməyəcəksiniz. Bir gün bu qədər qəmə görə fəryad çəkib partlayacaqsınız. Bu zaman rabitəniz məhv ola bilər. Bəli, bu sadəliklə.
2. Sevginizi büruzə verin.
Ona deyin ki, çox istəyirsiniz və sizin üçün çox dəyərlidir. Sevginiz ancaq bu cür sağ qala bilər. Onu davamlı olaraq təkrar edin, hər fürsətdə. Əgər belə düşünürsünüz ki, sevginiz rəftarınızdadır, dilinizdə deməsiniz də olar, bu yanlış düşüncədir. Çünki bu zaman rabitənizi diri və canlı saxlaya biıməyəcəksiniz. Sevgi həm hiss olunmalıdır, həm də eşidilməlidir.
3. Oyun oynayın.
Bəli, ərlə arvad bəzən oyun oynamağa ehtiyac duyar. Gəzmək həyatımızın ən şirin anlarından biridir. Oyun oynamaq dedikdə qaç-tutdu nəzərdə tutulmur. Elə bir iş görün ki, siz iki nəfərə xoş olsun. Parkda idman edin, bir yerdə konsertə gedin, bir yerdə səfərə çıxın. Bəzən də zehin oyunları oynayın. Elə edin ki, həyat yoldaşınızın yanında rahatlıq tapasınız.
4. Ailə olun.
O cütlər ki, bir-birindən soyuyublar, onlar ailə deyildir. Bəlkə özbaşına yaşayan fərdi insanlardırlar. Onlar subay insanlar kimi rəftar edərlər. Həyatları tənhadır və həyat yoldaşları ilə müştərək həyatları çox azdır. Yəni, əgər ailə qurursunuzsa, öz ailənizdə daha çox vaxt keçirin, ata evinizdə və ya qayınata evində deyil. Öz ailə mənafeyinizi hər şeydən üstün bilin. Ailənizin sirdaşı olun və çətinliklərinizi ailə içində həll edin, cəm içində deyil.

/Deyerler.org/
Müəllif: Admin | 29-08-2014, 16:18
Baxılıb: 521
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.