Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » İran; İslam Dünyası üçün nemət

İran; İslam Dünyası üçün nemət

İran; İslam Dünyası üçün nemət

Livan Hizbullahının baş katibi İran İslam Respublikasını müsəlmanlar üçün ilahi bir nemət adlandırıb.

İRİB-nin məlumatına görə, Seyid Həsən Nəsrullah əl-Əhvaz informasiya kanalı ilə müsahibədə İslam İnqilabını İran xalqı və dünya müsəlmanları üçün böyük bir nemət adlandırıb və deyib: Bir çox insanın bu nemətin qədrini bilməməsi və şükranlıq etməməsi problem sayılmır.

O əlavə edib: İran İslam Respublikası dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Güclü mədəniyyətə, xalqın iradəsindən doğan hakimiyyətə, regional və beynəlxalq məsələlərdə üstün mövqeyə malikdir.

Seyid Həsən Nəsrullah Ərəbistan rejiminin Yəməndəki cinayətlərinə də işarə edib: "Ərəbistan Yəməni xaraba qoyub və bu ölkədə birlik və inkişafa mane olaraq, bu ölkənin təbii sərvətlərinin istismarına imkan verməyib. Ərəbistanın məqsədi yəmənlilərin yoxsul və Ərəbistana möhtac vəziyyətdə qalmasıdır. Həmçinin, Ərəbistan yəmənli qrupların bu ölkədən asılı olmasını istəyir. Öz təfriqə xarakterli baxışlarını Yəmənə zorla qəbul etdirməyə çalışır.

sahartv.ir
Müəllif: Admin | 14-10-2015, 16:59
Baxılıb: 247
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.