Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » İnqilab Rəhbərinin istedadlar qarşısındakı bəyanatları

İnqilab Rəhbərinin istedadlar qarşısındakı bəyanatları

İnqilab Rəhbərinin istedadlar qarşısındakı bəyanatları

İslam İnqilabının Böyük Rəhbəri İranın gələcəyini aydın və inkişaf, iqtidar, region və dünyada artmaqda olan mənəvi nüfuz ilə yanaşı adlandırıblar.

Həzrət Ayətullühülzma Xamenei bu gün səhər İranlı tələbələr və yüksək elmi dərəcəyə malik olan istedadlar ilə görüşdə elmi əsaslı şirkətləri müqavimət iqtisadiyyatının əsas dayaqlarından biri adlandırıb və deyiblər: İranın gələcəyi cəmiyyətin hədəfləri, şüarları və inqilabçı hərəkəti habelə, gənc istedadların olması sayəsində aydın və inkişaf, iqtidar, region və dünyada artmaqda olan mənəvi nüfuz ilə yanaşı adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri düşmənin İslam İnqilabının şüarları və hədəflərinin canlı olmasından qəzəbli olduğunu bildirib və deyiblər: Elmi inkişafları inkar etmək və gənclərdə ümidsizlik hissi yaratmaq İrana xəyanətdir.
Həzrət Ayətullahülüzma Xamenei dünyanın 200 ölkəsi arasında yüksək elmi dərəcənin əldə edilməsini İslam İnqilabının bəhrələrindən biri adlandırıb və deyiblər: İran hazırda elə bir şəraitdə yüksək elmi dərəcəyə nail olub ki, 30 ildən çox bir müddət ərzində qəbul etdirilmiş müharibə, siyasi təzyiqlər və iqtisadi sanksiyalar ilə üzləşməli olub.
İnqilab Rəhbəri istedadlı gənclərə xitabən deyiblər: Əldə etdiyiniz bu yüksək elmi dərəcə İrandakı təhlükəsizlik sayəsində mümkün olub. Buna görə də, bu təhlükəsizliyi təmin edənlərin xüsusilə də general Hüseyn Həmədani kimi şəhidlərin qədrini bilməlisiniz.
İnqilab Rəhbəri şəhid Həmədaninin dəfn mərasiminin xüsusilə Həmədan şəhərində əzəmətli formada keçirilməsinə işarə edərək, bunu xalqın təhlükəsizliyin keşiyində olanlara verdiyi qiymətin nişanəsi adlandırıb və deyiblər: Əgər təhlükəsizlik olmazsa, tədqiqat, araşdırma, universitet və elmi inkişaf da olmaz. Şəhid Həmdani ötən həftə Suriyada hərbi attaşelik vəzifəsini yerinə yetirərkən şəhid olub.
İnqilab Rəhbəri istedadlı gənclər ilə görüşdə cihadçı hərəkətlərdə iştirakı "cihadçı ruhiyyəsi"nin möhkəmləndirilməsi üçün münasib yollardan adlandırıb və deyiblər: Cihadçı hərəkətlərdə iştirak etmək xalqın içində olmaq və ictimai problemlər ilə yaxından tanış olmaq, onları tanımaq mənasındadır.
İnqilab Rəhbəri başqa bir tövsiyədə istedadlı gənclərə, digər ölkələrə üz tutmaq yerinə, ölkədə qalmağı tövsiyə edib və deyiblər: Əcnəbi ölkələr tərəfindən amansız şəkildə həzm edilməyi seçmək yerinə, ölkənin sağlam quruluşunda quruculuğa fikirləşin və cəmiyyətin düşünən beyni və sinir sistemi rolunu oynayın.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin, Qərbin heyranına çevrilməməyi tövsiyə edərək, deyiblər: Qərblilər elm və texnologiya sahəsində xeyli inkişaf etsələr də, bu məsələnin heyranı olmaq lazım deyil. Çünki, iranlı gənclərin potensial bacarığı xeyli yüksəkdir və hazırkı gənc nəsl yüksək elmi dərəcələr və nailiyyətlərə çatmağa, İranın elmi müstəqilliyinin dayaqlarını gücləndirməyə qadirdir.
İslam İnqilabının Böyük Rəhbəri sonda buyurublar: İranda inqilabçı düşüncə və təfəkkürün mövcud olduğu zamana kimi İranın inkişafı və nüfuzu, ruhi və mənəvi nüfuzu regionda və dünyada hər gün daha çox artmış olacaq.

Sahartv.ir
Müəllif: Admin | 14-10-2015, 16:55
Baxılıb: 224
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.