Ərəbistan və İsrail Yəmənə qarşı təcavüzlərdə əməkdaşlıq edirlər
Müəllif: Admin
Tarix: 14-10-2015, 13:03
Bölmə: Jurnal
Ərəbistan və İsrail Yəmənə qarşı təcavüzlərdə əməkdaşlıq edirlər

Yəmənin Ənsarullah hərəkatının rəhbəri Amerika, İsrail və Ərəbistanı bəşəriyyət üçün böyük bir bəla adlandırıb və deyib: Ali-Səud əl-Əqsa məscidinə qarşı fitnədə İsrail ilə əməkdaşlıq edir.

İRİB-nin məlumatına görə, Seyid Əbdülmalik Bədrəddin çərşənbə axşamı deyib: İsrail bir neçə gün öncə Ərəbistanın Əsir məntəqəsində yerləşən Xəmis Məşit bazasına çoxlu sayda raket gətirib.
O daha sonra deyib: Ərəbistan rejimi əl-Əqsada baş verən bütün cinayətlərdə İsrailin şərikidir.
Ənsarullah hərəkatının rəhbəri əlavə edib: Ali-Səud rejimini yaradan imperializm olub.
Bədrəddin vurğulayıb: Bizim mövqeyimiz haqdır və öz izzətimiz və müstəqilliyimizdən vaz keçməyimiz qeyri-mümkündür.
Ənsarullah hərəkatının lideri əlavə edib: Necə ki, bizim babalarımız işğalçılar və müstəmləkəçiləri qovub və neçə ki, İsrail Livandan qovulub və necə ki, iraqlılar Amerikalı işğalçıları öz ölkələrindən qovdular, biz də işğalçıları ölkəmizdən qovacağıq. Bizim xalqımız buna qadirdir.
Əbdülmalik Bədrəddin əlavə edib: Ali-Səud rejimi Məkkə və Həcc mərasimindən sui-istifadə edir və külli miqdarda vəsait əldə edir. Lakin, zahirdə bu müqəddəs məkana xidmət etdiyi görüntüsünü yaratmağa çalışır.
O, daha sonra deyib: Ərəbistan rejimi və təkfirçilər hazırda İslamın simasını ləkələməklə məşğuldurlar.
Ərəbistan rejiminin İsrail və Amerikanın əlində bir alət olduğunu və hazırda tüğyan etməkdə olduğunu deyən Əbdülmalik Bədrəddin vurğulayıb: Amerika, İsrail və Ərəbistan rejimi və onun əlaltıları bəşəriyyət üçün böyük bir bəladırlar və bir çox böhranlar və fitnələrə səbəb olublar.
Ərəbistan rejimi Martın 26-dan etibarən BMT-nin icazəsi olmadan Yəmənə qarşı hərbi təcavüzlərə başlayıb. Yəmənin istefada olan fərari prezidenti Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq iddiasında olan Ali-Səud rejimi Yəmənin sivil infrastrukturlarını və mülki əhalisini hədəfə alaraq, indiyə kimi bu ölkədə böyük insan tələfatına və maddi zərər və ziyanlara səbəb olub.
Əl-Məsirə informasiya kanalı bu barədə bildirib: İndiyə kimi 21 min yəmənli o cümlədən minlərlə qadın və uşaq Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumlarında həyatını itirib və ya yaralanıb.

sahartv.ir
Oxşar xəbərlər
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930