Quranın təfsiri və onun növləri
Müəllif: Admin
Tarix: 9-04-2014, 14:53
Quranın təfsiri və onun növləri


Yazımız (Quran bölməsi) yazılarımız əsas dörd mövzu haqdadır

1)Quran elmləri.
2)Rivayi təfsir.
3)Tərtibi təfsir.
4)Mövzui təfsir.


İzah:Quran elmləri.
Bu elmdə quranın nazil olması, surələr, ayələr, nazil olma səbəbləri, və bir sözlə desək, quranın tarixi barəsində söz açılır.Əlbəttə bu sahədə yazılarımız və deyiləsi sözlər çoxdur ki Allahın köməyi ilə bildiklərimizi sizinlə paylaşacağıq və əminik ki yazılarımız şirin və maraqlı olacaq.Çünki mən özüm heç bir saytda bu kimi mövzularda yazıya rast gəlməmişəm.

Quran təfsiri.
İlk növbədə gərək təfsirin nə olduğunu bilməyimiz gərəkdir və sonra isə onun növlərini tanımalıyıq.Təfsir ərəb sözüdür.Lüğətdə mənası bəyan,izah etmək və açıqlamaq deməkdir.Quranı təfsir etmək Allah taalanın ayələrini izah etmək və onun buyurduğu ayələrdə məqsədini açıqlamaq deməkdir.

Təfsirin növləri.
Təfsire-Rivayi. Qurani Kərimi bəzən hədis və rəvayət əsasında təfsir edirlər.Beləki Məsumların dediklərinə əsaslanaraq ayəni izah edirlər.Belə təfsirə elmi dildə Təfsire-Rivayi deyilir,yəni rəvayət və hədis əsasında olan təfsir.

Təfsire tərtibi.
Bəzi vaxtlarda qurani-Kərimi əvvəldən axıra yaxud da bir surəni əvvəldən axıra, sırayla təfsir təfsir edirlər.Beləki, birinci ayədən başlayır və sonuncusunda tamamlayırlar.Belə təfsirə də Təfsire-tərtibi deyilir.

Təfsire Mövzuii.
Quranı başqa cürə izah etməyin yollarından biridə müəyyən bir mövzu əsasında təfsir,izah etməkdir.Beləki bir mövzu seçir və o mövzu ətrafında olan ayələr izah edilir.Bu açıqlamaya da Təfsire Mövzuii, mövzu əsasında olan təfsir deyilir.
Əlbəttə qeyd etmək lazımdır ki Təfsire tərtibi, Təfsire-Rivayi və Təfsire Mövzuii kimi sözlər ərəb dilində və Quran barəsində olan elmi sözlərdir.Onları özümüz qəsdən yazdıq ki bu sözlərlə tanış olaq. Ola bilsin ki hansısa kitabda rast gələndə bizə qaranlıq qalsın.
Quranı təfsir edən alim Müfəssir adlanır.Müfəssir təfsir edən mənasını daşıyır.İndi bütün dini kitablarımızda təfsir edən sözü deyil, müfəssir sözü işlədilir.Misal üçün deyilir:Böyük müfəssirlərdən olan...

Deməli müfəssir sözünün də harda və kimin barəsində işlədildiyini bildik.(Bizdə bu yazılarımızda müfəssir və təfsir,təfsire rivayi,təfsire tərtibi və təfsire mövzui kimi sözlərdən istifadə edəcəyik.)Hal-hazırda 1010 cild təfsir və tərcümə mövcuddur.Hətta bunların hamısını bir diskdə yerləşdirmiş və Camiut-Təfasir adında elektron təfsir kitabxanası hazırlamışlar.Bu təfsir kitablarıda bir neçə növdür.Təfsire rivayi,təfsire tərtibi və təfsire mövzui.Nurus-Səqələyn,Burhan,Safi kimi təfsirlər təfsire rivayidirlər.Həmçinin yeni əsrdə yazılmış Nümunə,Əl-mizan və nur təfsir kitabları da tərtibi təfsir kitablarıdırlar. Nur təfsiri Azərbaycan dilinə də tərcümə edilmişdir.haqqyolu.com saytında kitabxana bölməsində Nur təfsirini yükləyə bilərsiniz.Həmçinin Mənşure-cavid də mövzu əsasında olan ən gözəl təfsirlərdən sayılır.

Müfəssirlərin növləri.Müfəssirlər iki növdürlər.Məsumlar və alimlər.Alimlər həm öz bildikləri əsasında həmdə hədislər əsasında quranı təfsir edirlər.

Təfsir elmi hamı üçün zəruridir.Ən azı quranın tərcüməsini bilmək gərəkdir ki onun mənasını başa düşək.Quranı dərk edib onu anlamaq lazımdır.Çünki əks təqdirdə onun hədəfi tərk ediləcəkdir.Quranı tanımaq lazımdır.Quranın hədəfi isə onu göndərənin kalamında bəllidir.Allah taala quran barədə belə buyurmuşdur:
Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir! (İsra surəsi,9)

Həqiqətən, sizə elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim möminlərin yadına salar). Məgər dərk etmirsinizmi? (Ənbiya surəsi,10)

Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar ki, (Fatir surəsi,29) Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. (Bəqərə surəsi,2)

Gördüyünüz kimi Allah taala quranı hidayət edən və insanı əsil səadətə yönəldən kimi təqdim etmişdir.Çünki bu kitabda Allah taala insana lazım olan qanunları bəyan etmişdir.

Peyğəmbər (s) buyurmuşdur:Quranın başqa kalamlara nisbət üstünlüyü Allahın məxluqata olan üstünlüyü kimidir.Biharul-Ənvar,c,92,s,17.Peyğəmbər (s) buyurmuşdur:Mən sizin aranızda iki böyük şeyi qoyub gedirəm ki əgər onlara söykənsəniz heç vaxt yolunuzu azmazsınız.Allahın kitabı və əhlibeytim.Biharul-Ənvar,c,2,s,99.

Quran müsəlmanların kitabıdır.Onu Allah taala nazil etmişdir.Quran çırağdır ki insanlar onun vasitəsilə azğınlığın zülmətindən xilas olub səfalı bir həyata yiyələnirlər.Elə Allah taala da insanın bu zülmətdə qərq olmaması üçün quranı nazil etmişdir.Quranın təfsir və izahını bilməkllə onu daha da yaxşı tanıyacağıq.Quranı tanıyıb dərk edib, buyurduqlarına əməl etmək Allah taaladan hamımız üçün yardım diləyirəm!

C.C.Ağayev
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031