Главная > İslam elimləri > İmam Zamanın qeybdə olduğu dövrdə ibadətlərin dəyəri

İmam Zamanın qeybdə olduğu dövrdə ibadətlərin dəyəri


16-03-2016, 12:49. Разместил: admin1
İmam Zamanın qeybdə olduğu dövrdə ibadətlərin dəyəri
Qurani-Kərimdə bir sıra ayələrdə məkkəlilər mədinəlilərdən üstün tutulurlar. Bəzi ayələrdə Ühüd və Bədr döyüşlərində vuruşanlar (hicrətin 2-3 cü illəri), Məkkənin fəth edilməsi (hicrətin 8-ci ili) və müsəlmanların qələbəsindən sonra iman gətirənlərdən üstün tutulurlar. Bu ədalətdir. Məhəmməd peyğəmbərin risalətinin ilk illərində ona iman gətirənlər daha çox məşəqqətlərə qatlaşıb, malını canını islam yolunda itiriblər. Bəziləri isə müsəlmanların qələbələrini görüb özünü onların sırasına qataraq, qənimətlərdən bəhrələnmək istəyib. Təbii ki bu qruplar eyni olmamalıdır.
İmam Zamanın (ə) zühurundan öncə və sonrakı iman və ibadətlər də belədir. İmam Zamanın zühurundan öncə zalim rejimlərin sültəsinə baxmayaraq, dinini saxlayanlarla, zühurdan sonra ədalətlə bürünmüş yer üzündə iman saxlamaq və ibadət etmək bir tutula bilməz.
Bu barədə İmam Sadiqdən (ə) maraqlı bir hədis nəql edilir:
“Allaha and olsun! Sizin qeyb zamanında batil dövlətlərin olduğu zamanda gizli ibadətləriniz haqqın zühur etməsindən sonra və haq dövləti hakimiyyəti dövründə yerinə yetirilən ibadətlərdən üstündür” (Youmul-Xəlas, səh-223)


İslaminSesi
Вернуться назад