Главная > İslam elimləri, Quran > Quranda möminlərin sifətləri

Quranda möminlərin sifətləri


31-01-2016, 20:37. Разместил: admin1
Quranda möminlərin sifətləri
Qurani-Kərim ayələri baxışında müsəlman şəxsin xasiyyətləri:
1-Onlar yer üzündə təvazökarlıqla gəzərlər. Furqan/63.
2-Onlar qəzəblərini boğarlar və insanları bağışlayarlar. Ali-İmran/134.
3-Onlar boş şeylərdən üz çevirərlər. Muminun/3
4-Onlar ata-anaya of belə deməzlər. İsra/23
5-Onlar namazlarını xüşu içində və doğru qılarlar. Muminun/2
6-Onlar tənə edənlərin tənəsindən heç zaman qorxmazlar. Maidə/54
7-Onlar verdikləri sözlərində durarlar. Bəqərə/177
8-Onlar Rəsulları bir-birindən ayırd etməzlər. Bəqərə/136.
9-Onlar cahillərlə əsla mübahisə etməzlər. Furqan/63
10-Onlar iffətlərini qoruyanlardır. Muminun/5
11-Onlar zəkatı verənlərdir. Muminun/4
12-Onlar Allahın adı çəkiləndə qəlbləri titrəyər. Həcc/35
13-Onlar bolluqda və darlıqda mallarını Allah yolunda xərcləyərlər. Ali-İmran/134.

Hazırladı: Yusif Əliyev

namaz.ge
Вернуться назад