Главная > İslam elimləri, Quran > Atəşdə yanmaqdan qoruyan, vəhşi heyvanın şərindən amanda saxlayan, vəsvəsəni dəf edən – “Tövbə” surəsinin fəzilətləri

Atəşdə yanmaqdan qoruyan, vəhşi heyvanın şərindən amanda saxlayan, vəsvəsəni dəf edən – “Tövbə” surəsinin fəzilətləri


14-07-2018, 10:23. Разместил: admin1
Atəşdə yanmaqdan qoruyan, vəhşi heyvanın şərindən amanda saxlayan, vəsvəsəni dəf edən – “Tövbə” surəsinin fəzilətləri
“Tövbə” surəsi on adla zikr edilmişdir. Ancaq bu surədə ən çox tövbədən bəhs olunduğuna görə, surə “Tövbə” adlandırılmışdır.

“Tövbə” surəsi yeganə surədir ki, “Bismillah” ilə başlamır. Bunun səbəbini İmam Əli (ə) belə izah edir: ““Bismilləhir-Rahmənir-Rahim!” – aman vermək və rəhmət üçündür. “Bəraət” surəsi isə amanın dəf olması üçün nazil olmuşdur”.

Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər kim “Ənfal” və “Tövbə” surəsini oxuyar, mən Qiyamət günü şəfaət edən və onun xeyirinə şəhadət verən olacağam ki, o, nifaqdan pakdır. Dünyada olan bütün münafiq kişi və qadınların sayı qədər on həsənə ona verilər. On günahı pak olar, dərəcəsinə on dərəcə əlavə olunar. Dünyada olan zaman ərş və onu həml edənlər ona salam göndərərlər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Ənfal” və “Tövbə” surəsini hər ayda oxuyarsa, nifaq heç bir zaman qəlbinə daxil olmaz. O, Əmirəl-möminin (ə) davamçılarından olar”.

Bu surənin bərəkətləri:

1. Atəşdə yanmaqdan amanda qalar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni yazar, atəş onun mənzilinə çatmaz və o zamana qədər ki, bu yazı onunladır, atəş ona yaxınlaşmaz”.

2. Vəhşi heyvanın şərindən amanda qalmaq. “O kəs ki, vəhşi heyvandan qorxur, “Tövbə” surəsinin 128-129-cu ayələrini oxusun və heyvanlardan ona ziyan dəyməz”.

3. Vəsvəsəni dəf edər. Vəsvəsəni və pis gümanı dəf üçün “Tövbə” surəsinin 129-cu ayəsini oxuyun və özünüzlə gəzdirin.


/Deyerler.org/
Вернуться назад