Главная > İslam elimləri, Mənəviyyat > Xəsislik tamahkarlıqla birgə olanda, həmin insanda iman olmaz

Xəsislik tamahkarlıqla birgə olanda, həmin insanda iman olmaz


13-08-2020, 00:05. Разместил: admin1
Xəsislik tamahkarlıqla birgə olanda, həmin insanda iman olmaz


İmam Əli (ə) buyurur: “Xəsis o kəsdir ki, İlahi və insani vəzifəni yerinə yetirməkdən boyun qaçırdar”.

Xəsis o kəsdir ki, Allahın ona verdiyi malından, elmindən və başqa nemətlərindən başqasına infaq etməyə hazır deyildir. İmam Hüseyn (ə) buyurur: “Xəsis o kəsdir ki, salam verməkdə simiclik edər”.

İmam Sadiq (ə) buyurur: “Simic o kəsdir ki, malı halal olmayan yolla əldə edər və halal olmayan, Allah Təalanın caiz bilmədiyi yerdə xərcləyər”.

İmam Həsən Müctəbaya (ə) sual verirlər ki, xəsislik nədir? Həzrət (ə) buyurur: “Xəsislik odur ki, insan xəyal edər ki, o şeyi ki, bağışlayıb və ya infaq edibdir, tələf olmuşdur. O şeyi ki, əldə etmişdir, özü əlində saxlayır, ancaq özü ondan bəhrələnir - şərəf və böyüklük sanar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən xəsis insan o kəsdir ki, Allahın vacib buyurduğuna qarşı simiclik edər”.

İslam dini xəsis olmağı bəyənmir və bu, nəinki maddi şeylərə aiddir, elmə və mütaliələrə də aiddir. Bəzi insanların elmi nəinki başqalarına çatmır, bəlkə onları elm öyrənməkdən belə saxlayır.

İslam dini buyurur ki, həyatın hər bir sahəsində etidala riayət et. Nə əlini o qədər açma ki, özün möhtac vəziyyətə düşməyəsən, nə də o qədər bağlama ki, başqaları səndən faydalana bilməsin. Mötədil ol.

Nəql edilir ki, İmam Sadiq (ə) bir gecə Kəbənin ətrafına dolanıb deyirdi: “Allahım, məni xəsislikdən saxla!”. Bir nəfər Həzrət Sadiqi (ə) görür və deyir: “Niyə bu cür dua edirsən?”.

İmam (ə) buyurdu: “Allah Quranda buyurmuşdur: “Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır” (“Həşr” 9)”.

Xəsis insan İlahi rəhmətdən uzaq olar. Şeyx Həsən Diləmi deyir: “Xəsis insan Allahdan, behiştdən və insanlardan uzaq olar. İnsanlar onun ölməsini arzu edərlər ki, əlindən rahat olsunlar. Səxavətli insan isə Allaha, behiştə və insanlara yaxın olar. Allah səxavətli insanın günahlarını əridər və behiştə aparar”.

Bəs şəhih insan kimdir?

Şəhih o xəsislikdir ki, hərisliklə bir yerdə olar. Hədisdə oxuyuruq ki, İmam Sadiq (ə) səhabələrindən birinə buyurur ki, bilirsənmi ki, şəhih kimdir? O, cavab verir ki, xəsis insandır.

İmam (ə) buyurur: “Şəhih xəsis insandan da pisdir. Xəsis o kəsdir ki, əlində olanlara xəsislik edər. Ancaq şəhih həm insanların əlində olana xəsislik edir, və həm də öz ixtiyarında olanlara. O yerə qədər ki, insanların əlində hər nə görsə arzu edər ki, onu əlinə keçirtsin, istər halal yolla olsun, istərsə də haram. Heç bir zaman Allahın ona verdiyi ruziyə qane olmaz”.

Başqa bir hədisdə oxuyuruq: “Şəhih və iman bir müsəlmanın qəlbində cəm olmaz. Necə ki, Allah yolunun tozu ilə cəhənnəmin tüstüsü bir insanın batinində toplaşmaz”.


/Deyerler/
Вернуться назад