Главная > İslam elimləri > Allahın rəhmətini cəzb etmək istəyən insan, gərək mehriban olsun

Allahın rəhmətini cəzb etmək istəyən insan, gərək mehriban olsun


3-10-2020, 21:49. Разместил: admin1
Allahın rəhmətini cəzb etmək istəyən insan, gərək mehriban olsun
Günah insan cismini və ruhunu çirkləndirər və kamala çatmasına mane olar. Bəli, günah sayəsində insanın ürəyi qaralar, belə olan halda insan Allaha etdiyi ibadətlərin ləzzətini dada bilməz. Onun dərgahında bir damcı belə, göz yaşı tökə bilməz.

Bu, günahdır ki, insanı gecə namazından məhrum edər. Rəhmət yağışının yağmasına mane olar. Çox sayda bəla və xəstəlikləri insana tərəf çəkər. Ona görə də insan gərək günahlarının bağışlanmasına görə düşünsün və yollar axtarıb tapsın.

Qurani-Kərim günahların bağışlanması üçün çox sayda yollar tanıtmışdır ki, ruhu və cismi paklaşdırar və təharətli edər. Günahlarımızın azalmasına və bağışlanmağımıza səbəb olan əməllərdən biri də əl vermək və görüşməkdir.

İnsan din qardaşını görən zaman ona əl verər və görüşərsə, bu əməl onun ruhuna və cisminə böyük təsir qoyar. İnsanın günahlarının tökülməsinə səbəb olar.

Məsum İmamlar (ə) hədislərdə möminə əl verməyin nə qədər fəzilətli bir əməl olduğunu vurğulamışdılar.

Payız fəslində yarpaqlarını tökən ağacları görmüsünüzmü? Bir qədər külək əsən kimi ağac saralmış yarpaqlarını bir-birinin ardınca yerə tökər. Günühlar da belə tökülər.

İmam Baqir (ə) buyurur: “O zaman ki, iki mömin bir-birinə əl verər, günahları tökülər, necə ki, ağacın yarpaqları tökülər”.

Günahların tökülməsi o zamana qədər davam edər ki, bu insanlar əllərini çəkər və ayrılarlar. Yəni, o zaman ki, siz mömin qardaşınıza əl verir və görüşürsünüz, günahların tökülməsi davam edər.

O zaman ki, əl və ayağımıza zəncir kimi bağlanmış bu günahlar tökülər, ruhumuz azad şəkildə uçmağa davam edər.

İmam Baqir (ə) buyurur ki, o zaman ki, möminin əli mömin qardaşının əlinə toxunar, Allah günahlara əmr edər ki, tökülsünlər. Günahlar da tökülməyə başlayar.

Necə də gözəl olardı ki, dostlarımızla görüşən zaman əl verməyə adət etsəydik. Bu əməl insana nə qədər ruhi bərəkət gətirər.

İslam dini əl verməyə o qədər əhəmiyyət verir ki, onu Allah yolunda cihad kimi tanıdır. Müsəlmanları həmişə bu əmələ təşviq edir.

Əgər Allahın rəhmət və mərhəmət tofiqini cəlb etmək istəyirsinizsə, gərək hamı ilə mehriban və səfa ilə rəftar edəsiniz. Sevgi müsabiqəsində qabaqda gedəsiniz.

Qardaşlarına əl verəsiniz ki, Allah da sizə əl versin. O kəsin ki, əlinə Allah toxunar, İlahi rəhmətin sonsuz dənizinə qovuşar və İlahi feyz bütün varlığını bürüyər.

İmam Baqir (ə) buyurur: “Nə zaman iki mömin bir-biri ilə görüşsələr, bir-birinə əl versələr, Allah o kəsə ki, dostuna daha çox sevgi bəsləyir, əl verər”.


/Deyerler.org/
Вернуться назад