Главная > İslam elimləri > Ayətullah Milanini əməliyyat edən belçikalı cərrah İslamı nə üçün qəbul etdi?

Ayətullah Milanini əməliyyat edən belçikalı cərrah İslamı nə üçün qəbul etdi?


17-05-2020, 21:31. Разместил: admin1
Ayətullah Milanini əməliyyat edən belçikalı cərrah İslamı nə üçün qəbul etdi?
Mərhum Ayətullah Seyyid Məhəmməd Hadi Milani ağır mədə xəstəliyinə düçar olur.

Belçikadan məşhur professor Bulvini dəvət edirlər ki, alimin mədəsində cərrahiyə əməliyyatı aparsın.

Üç saat çəkən əməliyyatdan sonra professor Bulvin tərcüməçidən xahiş edir ki, Ayətullah Milani (r) özünə gələndən dərhal sonra hər nə desə, onun üçün tərcümə etsin.

Ayətullah Milani (r) narkozdan ayılan zaman "Əbu Həmzə Somali” duasından bəzi hissələri oxumağa başlayır. Professor Bulvin tərcüməçidən alimin özünə gələndə nə dediyini xəbər aldıqda, tərcüməçi cərrah üçün Ayətullah Milaninin (r) "Əbu Həmzə Somali” duasından oxuduğu hissələri tərcümə edir.

Bunu eşidən professor Bulvin xahiş edir ki, ona İslam dinini qəbul etmək üçün nə lazımdırsa, öyrətsinlər. Çünki o İslam dinini qəbul etmək qərarına gəlib.

Professor Bulvindən İslam dinini nəyə görə qəbul etmək istədiyini soruşurlar və o, cavab verir ki, insanın narkozdan sonra özünə gəldiyi zaman – elə bir zamandır ki, insan həmin vaxt dediyi sözlər onun daxili aləmini izhar edir.

Mən Kenterberi kafedral kilsəsinin arxiyepiskopunu (İngilis Kilsəsinin dini rəhbəri) da əməliyyat etmişəm. O narkozdan ayılan zaman mən onun başının üstündə idim.

Eşitdim ki, o, cavanların küçələrdə oxuduğu ədəbsiz mahnıları zümzümə edirdi. Ayətullah Milaninin (r) nə dediyini mənə söyləyəndə, yadıma həmin arxiyepiskopun nə etdiyi düşdü və həmin an anladım ki, hansı din haqq olan dindir.

Professor Bulvin həmçinin vəsiyyət edir ki, o, öləndən sonra onu da Ayətullah Milani (r) dəfn ediləcək şəhərdə dəfn etsinlər. Və onun vəsiyyətinə əməl edərək, onu öləndən sonra Məşhəd şəhərindəki Xacə Rəbi qəbristanlığında dəfn edirlər.

"Dəyərlər”in xüsusi müxbiri Xacə Rəbi qəbristanlığında olmuş və 1969-cu ildə dünyasını dəyişmiş professor Bulvilin məzarını ziyarət etmişdir.

Maraqlıdır ki, zəvvarlar mərhum professorun hadisəsini bir-birinə danışır, məzarın önündə dualar edirdilər.

Burada özünəməxsus bir mənəvi ab-hava hökm sürürdü.

Ayətullah Milaninin (r) özü isə İmam Rzanın (ə) mütəhhər hərəmində, müqəddəs zərihin yaxınlığında dəfn edilmişdir.


/Deyerler/
Вернуться назад