Главная > İslam elimləri, Hədis > Ali insanı tanımaqla bağlı İmam Əlinin (ə) fəzilət dənizindən 5 dərs

Ali insanı tanımaqla bağlı İmam Əlinin (ə) fəzilət dənizindən 5 dərs


2-03-2020, 22:15. Разместил: admin1
Ali insanı tanımaqla bağlı İmam Əlinin (ə) fəzilət dənizindən 5 dərs
İmam Əli (ə) elə bir böyük şəxsiyyətdir ki, onu təsvir etməklə bitməz. Şeyx Abbas Qumi Əmirəl-möminin (ə) fəzilətlərini yazmaq üçün qələmi əlinə alan zaman demişdi:

“Cürət etmirdim ki, qələmi əlimə alım və bu haqda bir şey yazım. Lakin Əmirəl-möminin (ə) kərəm mədəni olduğu üçün məni bağışlasın və bu müxtəsər xidmətimi qəbul etsin”.

Sonra alim İmamın (ə) bəzi fəzilətlirini sayır:

1. Döyüş meydanındakı şücaət və cihadı.

2. Ən bilikli insan.

3. “Mübahlə” və “Təthir” ayələri Həzrətin (ə) əzəmətinə dəlalət edir.

4. Çox səxavətlidir.

5. Çox zahiddir.

6. O, ən abid insan idi.

7. O, səbirli və bağışlayan idi.

8. Gözəl əxlaqı vardı.

9. Allaha və Peyğəmbərə (s) imanda qabaqcıl idi.

10. Ən fəsahətli natiq idi.

11. Möcüzə sahibi idi.

İmam Əlidən (ə) öyrənməli olduqlarımız hədsiz çoxdur. Sadəcə Həzrətdən (ə) alınan 5 dərsə diqqət edək.

Birinci dərs: Ali insan olmaq, cəmiyyət tərəfindən qəbul olmaq demək deyildir.

Eşitmişik ki, Osman öldürüləndən sonra insanlar Həzrəti (ə) dövrəyə alıb ondan hakimiyyət başına keçməsini istədilər. Bəs bu insanlar 25 il əvvəl harada idilər?

Həzrət (ə) bu dövrdə ibadətlə və şəxsi işləri ilə məşğul idi və çox az insan onunla rabitə qururdu. Başqalarının gözündə adi bir insan idi.

İkinci dərs: Ali insan tanınmış demək deyildir.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Ey Əli! Allah və məndən başqa heç kəs sənin həqiqətini düzgün tanımamışdır”.

Buradan belə nəticə çıxara bilərik ki, əgər bizim müsbət cəhətlərimizi insanlar görmürlərsə, buna görə qəm yeməyin mənası yoxdur. Əsl hümmətimiz tanınmaq olmamalıdır. İmamın (ə) səhabələrindən biri Əbuzər idi.

İmam Sadiq (ə) nəql edir ki, Cəbrail (ə) Peyğəmbərə (s) buyurur: “O, səmada yerdən daha çox tanınır”.

Ona görə də həqiqi müsəlman yerdə deyil, səmada tanınması üçün hümmət göstərməlidir.

Üçüncü dərs: Ali insan olmaq adının xoş anılması demək deyildir.

Həsəd və kin həmişə səbəb olmuşdur ki, Həzrət Əli (ə) cahillərin əlindən əziyyət çəksin. İmama (ə) həmişə töhmətlər vurmuş və böhtanlar atmışdılar.

Bu hadisə Peyğəmbərin (s) zamanında da baş verərdi. Ondan sonra daha şiddətli şəkildə davam etdi.

İmam (ə) bu cür böhtanları çox eşidərdi, lakin onlara məhəl qoymazdı. Biz də Həzrətin (ə) davamçıları olaraq gərək bu cür olaq.

Əgər yolumuz düzgündürsə və buna yəqinliyimiz varsa, başqalarının töhməti bizi yolumuzda süstləşdirməsin. Həmçinin gərək hər eşitdiyimizə inanmayaq.

Dördüncü dərs: Ali insan olmaq o demək deyildir ki, insan möcüzədən asan istifadə edə bilər.

O zaman ki, Peyğəmbərlərin (s) və Məsum İmamların (ə) fəzilətinə nəzər salırıq, görürük ki, onlar kamil və xüsusi insanlar olmuşdur.

Lakin onlar insanların arasında olan zaman özlərini elə aparmırdılar ki, xüsusi insan kimi görünsünlər. Nagah insanlar onları adi insan hesab edirdilər.

İmamdan (ə) öyrənirik ki, insanları adi hesab etməyək və onların zahirinə görə qiymət verməyək. İlahi övliyalar heç bir zaman adi insanlardan fərqlənməyi sevməzlər.

Beşinci dərs: Ali İnsan olmaq o demək deyildir ki, dostları çoxdur.

İmam (ə) ona görə Kəbəyə bənzədilir ki, insanlar gərək onun sorağına getsinlər. Biz gərək gözləməyək ki, aqil və alim insanlar özlərinə dost axtarsınlar və ya özlərini tanıtmaqla məşğul olsunlar.

Bəlkə biz bu insanların ardınca düşməli və onlardan faydalanmalıyıq. Ona görə də böyüklüyün nişanəsi o deyildir ki, insanın dostu çox olsun.

Əgər dini mövzuda sualımız varsa, özümüz alimin sorağına gedək və ondan cavab alaq. Yəni, biz gözləməli deyilik ki, bir gün bu alim gələcək və bizim suallarımızı cavablandıracaqdır.




Вернуться назад