Главная > İslam elimləri, Əhkam > Halal heyvanda haram hissələr

Halal heyvanda haram hissələr


21-04-2020, 21:36. Разместил: admin1
Halal heyvanda haram hissələr
Ətindən gündəlik həyatımızda istifadə etdiyimiz heyvanların ( inək, qoyun, toyuq, balıq və s.) bəzi üzvləri vardır ki, onların yeyilməsi Allah tərəfindən haram edilmişdir. Bunların beşi şəri hökmlər tərəfindən haramdır.

Onlar bunlardır:

1. Dalaq

2. Erkək heyvanın cinsiyyət üzvü

3. Erkək heyvanın toxumluğu (ağət)

4. Qan

5. Tullantı və peyin


İnsanların nəzərində iyrənc hesab edilən orqanlar da haram hesab edilir. Buna görə ehtiyati vacibə əsasən onların yeyilməsindən çəkinmək lazımdır. Bunlar aşağıdakılardır:

1. Sidik kisəsi

2. Öd kisəsi

3. Uşaqlıq

4. Dişi heyvanın cinsiyyət üzvü

5. Vəzi. Buna duşvil də deyirlər ki, daha çox heyvanın budunun daxilində və piy çox olan hissələrdə ət rənginə oxşar pərk maddə- piydir.

6. Onurğa beyni ( fəqərə və boyun sütununun daxilində yerləşən haram beyin)

7. Beyin noxudu. Bu beyində noxud şəkilindədir.

8. Dırnağın arasında yerləşən çıxıntı. Bunu heyvanın ayaqlarını bişirən zaman dırnaqdan ayırmaq lazımdır.

9. Gözün hədəqəsi. Buraya gözün ağ maddəsi daxil deyil. Bu başın bişirilməsi zamanı əmələ gələn qara bərk hissədir ki, bunu yemək haramdır. Gözün ağı halaldır.

10. Fəqərə sütununun iki tərəfində yerləşən piy. Bu boyundan quyruq hissəyə qədər uzanan tünd sarı rəngdə olub, çox möhkəmdir və bişmir. Çeynəmək də mümkün olmur.


www.Ahlibeyt.ge

Вернуться назад