Главная > İslam elimləri > İmam Əlinin (ə) “Allahdan qorxma” tövsiyəsinin anlamı nədir?

İmam Əlinin (ə) “Allahdan qorxma” tövsiyəsinin anlamı nədir?


12-01-2017, 10:56. Разместил: admin1
İmam Əlinin (ə) “Allahdan qorxma” tövsiyəsinin anlamı nədir?
Təfsiru İmam Həsən əl-Əskəri əsərində (səh-265) İmam Həsən Əskəridən belə bir hədis var:

“Möminlərin əmiri İmam Əli vücudunu qorxu bürümüş bir kişini gördü. İmam ona dedi: Sənə nə olub? Kişi cavab verdi: Allahdan qorxuram. İmam buyurdu: Ay Allahın bəndəsi günahlarından qorx! Kimsənin ödənilməmiş haqqı səndə qalacağı təqdirdə səni tutacaq Allahın ədalətindən qorx! Sənə vacib buyurulanlarda itaət et! Səni islah edən və xeyrinə olan buyuruqlarda günah etmə! Bundan sonra Allahdan qorxmaq lazım deyil, çünki o kimsəyə zülm etməz. Allah belə bəndəsini layiq olduğundan artıq cəzalandırmaz. Amma ömrünün aqibətinin pis olacağından, (mənfiyə doğru) dəyişəcəyindən qorxursansa və Allahın bu pis aqibətdən səni amanda saxlamağını istəyirsənsə, elə isə bil ki, sənə gələn xeyirlər Allahın kərəm və tövfiqatı sayəsindədir. (və bil ki) Gələn pis işlər isə Allahın sənə möhlət verməsi və sənə görə səbirli olmasına görədir.”

Anlaşılır ki, insan o dərəcədə Allahdan qorxmamalıdır ki, ümidini itirsin və o dərəcədə Allahın mərhəmətinə ümidvar olmamalııdr ki günah etməyə sövq etdirilsin./İslaminSesi.info/




Вернуться назад