Главная > İslam elimləri > “Xoş olsun insanların arasını islah edənlərə...” – Həzrət İsanın (ə) seçilmiş kəlamları

“Xoş olsun insanların arasını islah edənlərə...” – Həzrət İsanın (ə) seçilmiş kəlamları


10-01-2017, 21:35. Разместил: admin1
“Xoş olsun insanların arasını islah edənlərə...” – Həzrət İsanın (ə) seçilmiş kəlamları

Həzrət İsa (ə) buyurur: “Xidmətçilərim – iki əlim, miniyim – iki ayağım, yatağım – torpaq, balışım – daş, qışda məni isidən yerlər – günəş dəyən məkanlardır. Gecə və gündüzümü yoxsulluq ilə başa vururam və bu halda yer üzündə heç kəs mənim qədər qudrətli və ehtiyacsız deyildir”.
İmam Əli (ə) Həzrət İsanın (ə) bu sözlərinin təfsirində buyurmuşdur: “Nə malı və nə də sərvəti vardı ki, onu özünə məşğul etsin və nə də tamahı var idi ki, onu xar etsin. Miniyi iki ayaqları idi, ximdətçiləri isə iki əlləridir”.

Həzrət İsa (ə) buyurur:

“Dünya – körpüdür, ondan keçin və abad etməyin”.

“Sizə düzünü deyimmi? Hamı muzd ardıncadır və ona ancaq o kəs çatar ki, onun üçün iş görər”.

“Xoş olsun insanların arasını islah edənlərə! Onlar Qiyamət günü müqərrəbinlərdirlər”.

“Xoş olsun o kəslərin halına ki, gecəni ibadətlə keçirərlər. Onlar o kəslərdir ki, qalıcı nuru miras apararlar”.

“Ağac kamil olmaz, məgər dadlı meyvə ilə. Həmçinin dindarlıq kamil olmaz, məgər haramdan uzaq olmaqla”.

“Zinhar o (pis) baxışlardan ki, qəlbə xahiş toxumları səpər. Baxan üçün həmin fitnə kifayətdir”.
Вернуться назад