Главная > İslam elimləri, Quran > Qurani-Kərimdə yer alan çoxlu qissələrin hikməti

Qurani-Kərimdə yer alan çoxlu qissələrin hikməti


5-01-2023, 18:44. Разместил: admin1
Qurani-Kərimdə yer alan çoxlu qissələrin hikməti
Quranda Qisəs surəsi var. Allah nağıllar surəsini gətirir və daha sonra "Mən milçəyi misal çəkməkdə belə utanıb eləmirəm" buyuraraq, bizə mesaj çatdırmaq istəyir.

Quranda tarixi hadisələrdən bəhs edən, keçmiş qövmlərin, tayfa və millətlərin tarixini əks etdirən əhvalatlar, qissələr və tarixi hadisələr var. Onlar niyə Quranda yer alıb.

Bir çoxları nağıl deyəndə yadına Məlik-Məmmədin nağıl və ya insana eyş işrəti aşılayan Min bir gecə kimi nağılları yada salırlar. Bu səhv düşüncədir ona görə ki, nağıllar belə ibrət mesajı verirlər.

Amma Quranda gələn qissələr isə (nağıllar) Allah tərəfindən nazil olub və müəyyən real və həqiqəti dəyişməz mühüm mesaja malikdirlər.

Əslində Tarix, insan həyatındakı müxtəlif problemlərin bir növ laboratoriyasıdır. Həyat həqiqətlərinin dərk olunmasında tarixin müstəsna əhəmiyyəti vardır.

Tarixdə müxtəlif qövmlərin başına gəlmiş hadisələr, bu hadisələri doğuran səbəblər, əyani dərs vəsaitinə bərabərdir.

Həzrət Əli (ə) oğlu imam Həsənə(ə) belə buyurur: ki, ey oğlum, tarixin təcrübəsini öyrənməklə, sanki o qövmlərin birinci və sonuncusu ilə birgə yaşamışam.

Ey oğlum, sabiqki təcrübə əhlinin təcrübələrindən yararlan və əlavə zəhmətə qatlaşma. (Nəhcül-bəlağə)

Quranda gələn qissələr də sırf boş vaxtı nağıl eşitmək məqsədilə deyil, oradakı keçmiş millətlərin təcrübələrini bizimlə bölüşmək və onlardan ibrət götürmək məqsədi daşıyır.

Həm də rarix və dastan xüsusi bir cazibəyə malikdir. İnsan körpəlikdən qocalanadək, bu cazibənin təsiri altında olur.

Tarix və dastan hamı tərəfindən dərk olunur, hansı ki, bir məsələnin sübutu üçün gətirilən dəlilləri hamı eyni səviyyədə dərk etmir. Bu adi çobana da və ziyalıya da yaxşıdır.

Yuxarıda deyilənlər bir daha sübut edir ki, Quran tarix və dastana geniş yer ayırmaqla, ən üstün təlim-tərbiyə yolunu seçmişdir. Hətta bu barədə Qisəs surəsi gəlibdir.

Ayələrin birində Allah buyurur ki, mən milçəyə misal çəkməkdən utanmıram. Allah bu ayədə demək istəyir ki, mənim məqsədim insanların anlamasıdır və burada milçəyə də misal çəkilə bilər, ondan kiçik olan həşəratlara da. Ayə belədir:

“Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər.

Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.”

Ona görə madam ki, hədəf insanın haqqı anlaması, dərk etməsi və onun ardınca getməsidirsə bu məqamda ən asan anlaşılan üsulu (mesajları nağıl və dastanlarla çatdırmaq) seçmək lazımdır.

Allah Təala buyurur: "And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!" (Qəmər, 22)



Вернуться назад