Главная > İslam elimləri, Quran > Duaların qəbul olunmasına, düşmənə qarşı duruş gətirməyə yardım edən “Nəsr” surəsinin fəzilətləri

Duaların qəbul olunmasına, düşmənə qarşı duruş gətirməyə yardım edən “Nəsr” surəsinin fəzilətləri


5-08-2016, 08:55. Разместил: Admin
Duaların qəbul olunmasına, düşmənə qarşı duruş gətirməyə yardım edən “Nəsr” surəsinin fəzilətləri
“Nəsr” surəsi Quranın 110-cu surəsidir ki, Məkkədə nazil olmuşdur və 3 ayəsi vardır.

İmam Cəfər Sadiq (ə) bu surə haqqında buyurur: “Hər kim “Nəsr” surəsini vacib və ya müstəhəb namazlarında oxuyar, Allah ona bütün düşmənlərinə qarşı yardım edər və Qiyamət günü elə halda gələr ki, onunla danışan kitab olar. Allah bu kitabı qəbrinin daxilindən çıxardar. Orada cəhənnəm atəşinin istiliyindən aman vardır. Bu surənin qarisi üçün dünyada xeyir vasitələri hazır olar ki, kimsə görməmiş və qəlbinə daxil olmamışdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Nəsr” surəsini oxuyar, ona Məkkənin fəthində Peyğəmbərlə (s) birlikdə vuruşan və şəhid olanların savabı verilər. Hər kim “Həmd” surəsindən sonra oxuyarsa, namazı ən yaxşı şəkildə qəbul olunar”.

Həzrət (s) başqa yerdə buyurur: “Hər kim Rəcəb ayının 13-cü gecəsində on rükət namaz qılar və hər rükətdə “Həmd”dən sonra 5 dəfə “Nəsr” surəsini oxuyarsa, Allah behiştdə onun üçün saray inşa edər ki, uzunluğu və eni dünyanın 7 bərabəri olar”. (Tebyan/Deyerler)

Bu surənin bərəkətləri:

1. Duaların qəbul olması. Hər kim “Nəsr” surəsini nafilə namazlarında və ya cümə günü günəş batan zaman oxuyarsa, dua edərsə Allah duasını qəbul edər.

2. Allah düşmən qarşısında ona yardım edər. Hər kim “Nəsr” surəsini vacib və müstəhəb namazlarında oxuyar, Allah ona bütün düşmənləri qarşısında yardım edər.



Вернуться назад