Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Əziz İslam Peyğəmbəri (s) belə buyurub:

Əziz İslam Peyğəmbəri (s) belə buyurub:

“Ən xeyirli sədəqə odur ki,bir müsəlman elm öyrənə və sonra onu öz müsəlman qardaşına öyrədə”.

“İki şəxs doymaq bilməz; elm təşnəsi və dünya (malı) hərisi”.

“Elm hər bir müsəlmana istər kişi olsun, istər qadın-vacibdir”.

“Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar”.

“Allahın ən çox sevdiyi ev yetimə hörmət edilən evdir”.

“Sədəqə, onu verənin qəbir odunu söndürər, mömin adam qiyamət günündə öz sədəqəsinin kölgəsinə sığınar”.

“Gülə-gülə günah işlədən adam ağlaya-ağlaya cəhənnəmə gedər”.

“Üç cür adam Allahın qəzəbinə gələr: tox ola-ola yeyən, gününü yatmaqla sovuran, mənasız yerə gülən”.

“Gözəl əxlaqa malik olan və yaxın adamlarına münasibətdə xoş rəftarı ilə seçilən iman sahibi möminlərin ən kamilidir”.

“Ədəbi olmayanın ağlı da olmaz”.

“Ağlın qüdrəti Allaha iman gətirəndən sonra xalqı sevməklə ölçülür”.

“Ancaq iki adama həsəd aparmaq olar: Birincisi Allah-taalanın verdiyi mal-dövləti haqq yolunda sərf edən adamdır. İkincisi, Allah-taalanın verdiyi hikməti başqalarına öyrədəndir”.
Müəllif: Admin | 13-04-2014, 19:05
Baxılıb: 533
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.