İmam Rzanın (ə) nəzərində möminin 3 sifəti
Mьəllif: admin1
Tarix: 15-06-2022, 12:26
İmam Rzanın (ə) nəzərində möminin 3 sifəti
İmam Əli (ə) buyurur: "Əgər səbir etsən, azadilər kimi səbir et".

İmam Rza (ə) buyurur: "Heç bir bəndə imanının həqiqətini kamil etməz, məgər o halda ki, onda üç sifət olar: dinşünaslıq, həyat haqqında təfəkkür etmək, müsibətlərdə səbir etmək".

İnsanlara İslam haqqında sual verən zaman, ilk yadlarına düşən şey din olar. Deyərlər ki, yaxşı dındır və həyat proqramıdır.

Dinin mənasını əgər bir cümlədə bəyan etmək istəsək, deməliyik: "İnsanların özlərinə lazım bilib əməl etdikləri müəyyən qanunlar və göstərişlər silsiləsidir".

Bu mənanın iki hissəsi vardır:

1. Həmin qanunlar silsiləsinə din deyilər.

2. İnsanlar özünə lazım bilirlər ki, onu yerinə yetirsinlər.

Ona görə də dinin mənası çox genişdir.

Müsəlman o kəsdir ki, dininə təslim olar və "İslam dinini qəbul etdim" deməklə müsəlman olmaq olmaz.

Həqiqətdə müsəlman həm qəlbində imanlı olmalıdır və həm də zahirdə bunu büruzə verməlidir. Allahın hər bir əmrinə təvazökarlıqla itaət etməldir. Allahı hər bir yerdə ona nəzarət edən kimi qəbul etməlidir.

Həyatı haqqında təfəkkür etmək.

Hər bir insanın bu həyatda hədəfi vardır. İnsan bu dünyaya nə üçün gəldiyi haqqında təfəkkür etməli və hədəflərinin buna uyğun olduğuna diqqət etməlidir.

Əgər insanın hədəfi yaradılış hədəfi ilə üst-üstə düşərsə, deməli düz yoldadır. Bizi düz yola hidayət edən amillərdən biri də dünya və həyat haqqında təfəkkür etməkdir.

Niyə xəlq edilmişəm və bunda hədəf nə olmuşdur?

Quranın nəzərinə görə insan axirət üçün xəlq edilmişdir. İnsan bu dünyaya gələrək axirət üçün hazırlanar. Allah istəyir ki, insan kamala çatsın və Yer kürəsi də onun kamala çatması üçün münasib yerdir.

"Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Qur'an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın". ("İsra" 79).

Allah bəndəsi olmaq insan üçün bir hədəfdir. İnsanın hədəfi - Allaha tərəf qayıtmaqdır. "Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan.

Kimin əməl dəftəri sağ əlinə verilərsə Onunla tez, asan, haqq-hesab çəkiləcək. Və o, yaxınlarının (Cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar. Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə, O, tezliklə fəryad edib öz ölümünü istəyər".
("İnşiqaq" 6-11).

Müsibətlərdə səbir etmək.

Şübhəsiz ki, bir insanın fəzilətləri müsibətlərdə səbir etməkdən aşkar olar. Quranda səbir etmək ən üstün fəzilətlərdən hesab edilir. Səbir əhli həmişə mədh edilmişdir. Peyğəmbərlər (ə) böyük insanlar idi ki, müsibətlərdə səbir edərdilər.

"Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir". ("Ali-İmran" 146).

İmam Əli (ə) buyurur: "Səbir müsibət qədər nazil olar. Hər kim müsibət zamanı əli ilə dizinə vurarsa, əməli aradan aparmış olar və savabını əldən verər".

Həzrət (ə) yenə buyuru: "Əgər səbir etsən, azadilər kimi səbir et".

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031