Tofiqat nədir? Tofiqin amilləri hansıdır?
Mьəllif: admin1
Tarix: 9-05-2021, 18:43
Tofiqat nədir? Tofiqin amilləri hansıdır?
Tofiq sözünün lüğətdəki mənası razılıq vermək, müqavilə bağlamaq, uzlaşmaqdır. Dində isə tofiqin mənası budur ki, Allah insanın müvəffəq olması üçün onun ixtiyarına vasitələrlə qərar verər.

Əllamə Təbatəbai yazır: "Tofiq odur ki, Allah vasitələri elə tənzim etsin ki, bəndəni saleh əmələ tərəf çəksin”.

İmam Səccad (ə) buyurur: "Mömin İlahi tofiqə möhtacdır”.

Biz hər bir işimizdə Allaha söykənməli və Ondan yardım diləməliyik. Ümidvar olmalıyıq ki, Allah bizi həmin işdə tək qoymayacaqdır.

Bəs tofiqin amilləri nədir?

İlahi yardım. İmam Baqir (ə) buyurur: "Biz Allahın günahından üz döndərmək qüdrətinə malik deyilik, məgər Allahın yardımı ilə. Allaha itaət qüdrətinə malik deyilik, məgər İlahi tofiq ilə”.

İlahi cəzb. Mömin insan Allahın inayəti sayəsində yaşayar. İman və saleh əməli sayəsində İlahi tofiqi cəzb edər.

İmam Əli (ə) buyurur: "Tofiq - İlahi cəzblərdəndir”.

İlahi nemətləri qənimət bilmək. Biz gərək hər bir mənəvi nemətdən ən yaxşı şəkildə bəhrələnək.

Həzrət Peyğəmbər (s) buyurur: "Zaman seyrində bəzən mənəvi və İlahi mehlər əsər. Ayıq olun və özünüzü bu mehə məruz qoyun”.

Allahın xeyirxahlığı. Hədislərin birində oxuyuruq: "Allah nə zaman bəndəsinin yaxşılığını istəsə, ona tofiq verər ki, ömrünü ən yaxşı işlərlə başa vursun. Onun itaətə tələsməyinə görə ölümü gəlib çatmamış ruzisini verər”.

Dua və Allahdan xeyir istəmək. Əmirəl-möminin (ə) buyurur: "Ey insanlar! Hər kim Allahdan xeyirxahlıq istəsə, tofiq əldə edər”.

İmam Zaman ağa (ə.f) belə dua edir: "Allahım, itaət və günahdan uzaq olmaq tofiqini ruzimiz qərar ver”.

Cəfər Təyyar namazından sonra oxunan duada deyilir: "Allahım, Səndən hidayət olmuşların və təqvaya əməl edənlərin tofiqini istəyirəm”.

Allah üçün səy etmək. Allahdan tofiq istəyən hər bir mömin gərək bu yolda səy göstərsin və çalışsın ki, Allah da bizim bu hərəkətimizə bərəkət versin.

İmam Rza (ə) buyurur: "Hər kim Allahdan tofiq istəsə, halbuki səy göstərməsə - özünü məsxərə etmiş olar”.

Qurani-Kərim buyurur: "Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. ("Ənkəbut” 69).

Dünyanın tələlərindən çəkinmək. İmam Əli (ə) dünyaya xitab edərək buyurur: "Heyhat! Hər kim sənin tələlərinə addım atar - büdrəyər. O kəs ki, sənin dərin dalğalarına minər - qərq olar. Hər kim tələlərinin ətəyindən kənara çəkilər - tofiq əldə edər”.

Bildiklərimizə əməl etmək. Əgər bildiklərimizə əməl etsək, Allah bizlərə bilmədiklərimizi öyrədər. Bu, həm elmi və həm də əməli tofiqdir.

"Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. ("Muhəmməd (s)” 7).

İbni Abbas bu ayənin təfsirində deyir: "O kəslər ki, öz elmlərinə əməl edərlər, biz onları elmləri olmayan şeylərə rəhbərlik və hidayət edərik. İtaət və ibadətlərini çoxaldarıq ki, savabları artsın”.

Hədislərin birində oxuyuruq: "Hər kim bildiyinə əməl etsə, bilmədiyi elmi Allah onun üçün miras qoyar”.

Dindarlıq. İmam Əli (ə) buyurur: "Necə ki, cisim və kölgəsi bir-birindən ayrılmazdır, dindarlıq və tofiq də bir-birindən ayrılmazdır. Bəli, dindarlıq bir çox tofiqlərin mənşəyidir”.

İlahi dinə yardım etmək. Allah buyurur: "Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. ("Muhəmməd (s)” 7).

Günah etməmək imkanı. İmam Əli (ə) buyurur: "Günah etməmək imkanına malik olmaq - nemətlərdən biridir”.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031