Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Qocaya hörmət qoymaq – Allaha hörmət qoymaq deməkdir

Qocaya hörmət qoymaq – Allaha hörmət qoymaq deməkdir

Qocaya hörmət qoymaq – Allaha hörmət qoymaq deməkdir

Bizim bütün varlığımız Allahdandır və Onsuz biz heç nəyik. Ona görə də hər birimiz Ona hamıdan daha çox hörmət etməli və ehtiram qoymalıyıq. Yəni, Onun əmrlərinə gərək tabe olaq və göstərişlərinə əməl edək. Vacibatları yernə yetirək və haramları tərk edək. (Tebyan)
İnsan Allahı hər nə qədər çox tanıyarsa, Ona qarşı sevgi və məhəbbəti də bir o qədər artar. O zaman ki, insan Allaha aşiq olar, Onun bir dediyini iki etməz. Çünki Məşuqundan bir şeyi əsirgəməz. Çalışar ki, Məhbubun diqqətini cəlb etsin və Onun sevdiyi işlərlə məşğul olsun. Bacardığı qədər Ona hörmət etsin. Bəs biz Allaha necə hörmət edə bilərik? Həzərt Peyğəmbər (s) bu sualın cavabını belə vermişdir: “Müsəlman qocağa ehtiram qoymaq – Allaha ehtiram qoymaqdır”.
Bəli, İslam dinində yaşlı insanlara qoyulan hörmət o qədər dəyərlidir ki, onlara edilən hörmət – Allaha edilən hörmət kimi dəyərləndirilmişdir. Bundan başqa hədislərdə oxuyuruq ki, yaşlı insan olan ailənin bərəkəti də çox olar, Allah həmin ailəyə rəhmət gözü ilə baxar. Hər kim onlara daha çox hörmət edər, Allah da ona daha çox rəhmət nazil edər.
Bununla yanaşı yaşlı insanlara hörmət etmək Qiyamətin çətin günləri üçün bizi sığortalayar və bizim üçün amannamə olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim müsəlman qocanı əziz tutar, hörmət edər, Allah Qiyamət günü onu çətinliklərdən amanda saxlayar”.
Bu gün bəzi qocalar evində kimsəsiz qocalar ömür sürürlər və bu insanların sevgiyə və məhəbbətə ehtiyacları çoxdur. Bu cür insanlara yardım etmək və onları sevindirmək - hər birimiz üçün bir ibadətdir. Bundan başqa, dünya elə bir yerdir ki, hər bir əməlin nəticəsi bizə qayıdar. Əgər bu gün biz onlara hörmət edəriksə, sabah bizə də bu cür hörmət qoyular. Həzrət Peyğəmbər (s) buyurur: “O cavan ki, qocanı yaşına görə əziz tutar, Allah o qocalan zaman birini gətirər ki, onu əziz tutsun”.
Ölüm hamımız üçün haqdır. Biz bu qısa ömürdən sonra başqa bir dünyaya qədəm basarıq. Ona görə də bu dünyada olan zaman axirətimizi düşünməliyik.
İmam Sadiq (ə) buyurur: “Bizdən deyildir o kəs ki, bizim yaşlılarımıza hörmət qoymaz, kiçiklərimizlə mehriban olmaz”.

/Deyerler.org/
Müəllif: Admin | 16-11-2014, 22:57
Baxılıb: 595
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.