Qəlbin səsi
Müəllif: Admin
Tarix: 9-04-2014, 19:00
Qəlbin səsi


Hikmət əhli buyurur ki: Əgər bir insanın tərbiyəçisi olmazsa, tərbiyə nədir bilməz. İnsan öz-özünə gözəl əxlaqlı ola bilməz. Biz kimdənsə örnək almasaq, əxlaqımızı necə dəyişdirə bilərik?

«Mən beləyəm» demək doğru olmaz, çünki Rəbbimizin rizası belə deyildir. Bunun üçün bizə ən gözəl nümunə və örnək Peyğəmbərimizdir (s). «Əhzab» surəsinin 21-ci ayəsində buyurulur: «Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır». Peyğəmbərimiz buyurur: «Mən gözəl hissləri anlatmaq, gözəl əxlaqı tamamlamaq üçün göndərildim.» Gözəl əxlaqlı olmaq, qəlb qırmamaq insanları xoşbəxt etmək, məmnun etmək sevindirməkdir. Yenə Pey-ğəmbərimiz buyurur: «Söz verirəm ki, münaqişə etməyən, haqlı olsa da, diliylə kimisə incitməyən, yanındakıları güldürmək üçün yalan söyləməyən yaxşı xasiyyətli olan müsəlman cənnətə girəcəkdir» (Vacib ibadətləri yerinə yetir-məklə).
Onun üçün gözəl əxlaqlı insan, az ibadət etsə də, çox savab qazanır. İnsanları incidən çox ibadət etsə də, sıxıntısını çəkər. Peyğəmbər Həzrətlərinə demişlər ki: «Bir qadın var sabahlara qədər ibadət edir, axşamlara qədər oruc tutur, amma qonşuları ondan narazı qalır». Peyğəmbərimiz deyir: «Onun yeri Cəhənnəmdir». Namazı Allah istəyən kimi qılınmalıdır. Rəbbimiz Qurani Kərimdə buyurur: «Namaz insanı günahlardan, çirkin işlərdən çəkindirər». Başqa bir hədisi şərifdə belə buyurulur: «Bir müsəlmanı incitmək, qəlbini qırmaq Kəbəni 70 dəfə dağıtmaqdan daha günahdır». İmamı Rəbbəni Həzrətləri buyurur ki: «Qəlb Allah taalaya qonşudur. Əgər qonşu inciyərsə, sahibi də inciyər. Onun üçün, istər müsəlman olsun, istər kafir olsun, istər övliya olsun, istər kasıb olsun heç kimin qəlbini qırmağa çalışmamalıdır».

Kiməsə yaxşılıq etmək məcburiyyətində deyilik, istər eləyirik, istər etmərik, amma pislik etməməyə məcburuq. «Niyə bu yaxşılığı etdin?» deməzlər, amma «Niyə bu pisliyi etdin?» deyərlər.

Elə buna görə də müsəlman adını daşıyan hər kəs müsəlmanlara xas olan hər şeyi qəbul etməli, Peyğəmbərimiz tərəfindən tövsiyə edilən hər bir tələbə riayət etməlidir.

Gülnar QULİYEVA
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031