Əhli Beyt > Əqaid, Xəbərlər > Həzrət Məhdi əleyhissəlamın qeybə çəkiləcəyi barədə qabaqcadan xəbər vermə

Həzrət Məhdi əleyhissəlamın qeybə çəkiləcəyi barədə qabaqcadan xəbər vermə

Həzrət Məhdi əleyhissəlamın qeybə çəkiləcəyi barədə qabaqcadan xəbər vermə

İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın dost və şiələrindən bəziləri İmam Zaman əleyhissəlamı görməyə nail olurdular. İndi həmin məqamlardan birini nümunə olaraq oxucuların diqqətinə çatdırırıq.
İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın və ən səmimi dostlarından olan Əhməd ibn İshaq deyir: "İmam Həsən Əskəri əleyhissəlamın yanına gedib ondan sonrakı İmam barədə soruşmaq istəyirdim. Mən sual verməzdən qabaq o Həzrət üzünü mənə tutub buyurdu: "Ey Əhməd ibn İshaq! Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamət gününə qədər yer üzünü bir an olsun belə, İlahi hüccətsiz (rəhbərsiz) qoymayıb və qoymayacaq. Allah həmin hüccətin hesabına yer üzündəki bəlanı dəf edərək camaata rəhmət yağışı göndərir və yerin alt təbəqələrində gizlənmiş nemətləri (sərvətləri) üzə çıxarır". Mən ona dedim: "Sizdən sonra İmam kim olacaq?" Bunu deyəndən sonra o Həzrət qalxıb o biri otağa keçdi və çox çəkmədi ki, qucağında sifəti on dörd gecəlik ay parçası kimi parıldayan təxminən üç yaşlı bir uşaqla geri qayıtdı. Sonra isə mənə buyurdu: "Əhməd, əgər Allah və İmamlar yanında hörmətin olmasaydı, bu oğlumu sənə göstərməzdim. Onun adı Peyğəmbərin (səlləllahu əleyhi və alih) adından, künyəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) künyəsindəndir. Dünya zülm və haqsızlıqla dolduğu zaman o gəlib hər tərəfi haqq-ədalətlə dolduracaq. O, (uzunömürlü olması baxımından) bu ümmət arasında Xızr və Zülqərneyn kimi olacaq. O, uzunmüddətli qeybə çəkiləcək və bir çoxları (qeyb dövrünün həddən artıq uzun çəkəcəyinə görə) bu barədə şəkk edəcək, təkcə Allahın, onun İmamətinə möhkəm əqidədə saxladığı və onun zühurunun tez baş verməsi haqqında dua etməyə nail olan şəxslər azğınlıqdan qurtaracaqlar..."
nardaranpiri.com



Вернуться назад