Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » “Ey şiələr, sünnilərə qarşı birləşin”

“Ey şiələr, sünnilərə qarşı birləşin”

“Ey şiələr, sünnilərə qarşı birləşin”


Başlıq sizə qəribə gəldi? Xeyir bu fikirdə deyiləm.
Bu cür cümlələri də ixtilaf sayıram. Çünki, sünni-şiə ayrıseçkiliyi yaratmaq haramdır. Bu bizim əqidəmizdədir, şəriətə görə vəhdətə əməl etmək vacibdir. Əslində şiələr və sünnilər düşmənə qarşı birləşməlidilər.

Yazımı yazmaqda məqsədim bu günlərdə qardaş Türkiyədən Azərbaycan ictimaiyyətinə təsir etmək məqsədilə Furqan Azeri adlı bir yazarın yazdığı yazıya cavab verməkdir.

Məktubun müqəddiməsinə baxdıqda müsəlmanları parçalamaq cəhdləri açıq aşkar hiss olunur: “Bu məktubu zülm altında acı-acı inləyən müsəlmanları, Səfəvi-Rafizi-Erməni-Rus zalımlarına qarşı Suriyanın müsəlman xalqına köməyə gedən Azəri mücahidlərini və Suriya müqavimətini qaralayan, onlara böhtan atan, onları xaricilikdə ittiham edən Qamət Süleymanova və bənzərlərinə cavab olaraq yazdıq. Ayrıca, Sünni xalqımıza şərəfli, ədalətli və vicdanlı insanlara da səslənmək istədik”.

Gördüyünüz kimi təkfirçi, xəvaric ideologiyasına uyğun yazılan bu yazıda sünni qardaşlarımızdan istifadə edilmək və sünniləri ayağa qaldırmaq istəkləri əsas hədəfdir.

Son zamanlar “Səfəvi rafizi” kəlməsinə Türk mediasında tez-tez rast gəlinir. Əsas hədəf isə məzhəblərarası qarşıdruma yaratmaq, İslamı parçalamaq və öz “islam”larını zehinlərdə qurmaqdır.

Suriya məsələlərinə keçməmişdən əvvəl isə, Suriya məsələsi gündəmə gələndən sonra məni düşündürən suala sizin də cavab tapmanızı istərdim. Axı niyə Fələstindəki zülmlərə bir dənə olsun vəhabi və ya Suriya üçün canfəşanlıq edən alimlər “cihad” fətvası vermədi? İsrail və ABŞ-danmı çəkindilər? Allahdan qeyrisindən qorxan şəxs alim ola bilərmi?

...Ariel Şaronun “Sabra və Şatilla” qətliamından tutmuş, Qəzza hadisələrinə kimi niyə bir dənə də olsun “mücahid” İsraillə müharibəyə qatılmadı? Amma Qəzza son döyüşdən sonra İran bayraqlarını qaldırmadımı?

“Ey şiələr, sünnilərə qarşı birləşin”


Yalnızca bu fakt kifayət etmirmi İranın Fələstinə dəstək verməsinin fakt olması? Niyə “lotu” kimi Mavi Mərmərə gəmisinə hücum edən və türk vətəndaşlarını qətlə yetirən İsrail əleyhinə sizin bu canlı “şəhid”ləriniz bir addım atmadı? (Əlbəttə ki, biz bilirik ki, bu kukla-bombaların uzaqdan idarə edilən pultu Səudiyyənin xəvaric şeyxlərinin əlindədir).

Ancaq məscid və insanların sıx olduğu bölgələrdə özlərini partladaraq cəhənnəmə viza alan kamikadzelər nədənsə ancaq müsəlmanlara tərəf yönləndirildilər. Niyə ancaq ABŞ və İsrailin “Suriya projesi” üçün özlərini oda atdılar? Çox təəssüf olsunki Azərbaycandan da Suriyaya “cihad”a, əslində ölməyə getdilər.

Onlar heç vaxt Qarabağ döyüşlərində hazır olmadılar...
Ermənilərin Bəşər Əsəd səflərində döyüşmə xəbərini yazmamışdan əvvəl isə Eqiş Karapetyan adlı “mücahid”in kimliyini araşdırardınız. Bu Suriyadakı terrorçuların sırasında döyüşən erməninin əvvəllər Qarabağda döyüşməsini inkar edəcəksinizmi??? Sizin dediyiniz “mücahidlər” əgər Bəşər Əsəd əleyhinə döyüş üçün Suriyadadırlarsa, niyə öz aralarında döyüşlər aparırlar? Bunu inkar edə bilməzsiniz.

Suriyada hazırda 40 mindən çox “Əl Qaidə” və ona bağlı olan terrorçular var. Bunlar hazırda təkcə Əsədə qarşı deyil, bir-birilərinə qarşıda döyüşürlər. Hətta “İŞİD”a bağlı saytlar digər “İŞİD”ın dağıstanlı və ya hollandiyalı qadınlarının “mücahid”lər tərəfindən zorlandığını elan etmişdilər. (video- http://www.youtube.com/watch?v=S4iNLuQATUA) Bu cür ittihamlar “İŞİD”ın ünvanına da səsləndirilmişdi.

Furqan Azeri özüdə İŞİD üçün yazılar yazıb. Onların xəyanətini insanlara çatdırmağa çalışıb. “İncanews”, “islahhaber” kimi saytlarda “İŞİD” zülmləri və vəhabi alimlərinin onlara qarşı fətvalarını tapmaq olar. Şeyx Əbu Basir Tartusinin “İŞİD”ı xəvaric adlandırması məncə kifayət edər. Həmçinin sizin təriflədiyiniz terrorçular kürdlərin namuslarını halal elan etmədilərmi? (http://www.haber3.com/kurt-kadinlara-tecavuz-helaldir-fetvasi-haberi-2103589h.htm).

Budurmu İslam?

Dəstəklədiyiniz və məzlum çehrəsilə Türk “kamuoyu”na sırımaq istədiyiniz terrorçuları indi də, Azərbaycan ictimaiyyətinəmi sırımaq istəyirsiniz? Ziyarətgahları dağıdan, ciyər yeyən, kəsdikləri başlarla futbol oynayanlar, “seyidi uşaqları ilə birlikdə boyunlarını üzdük” deyənlər, kəsdikləri başları quduz itlərə yem edənlər, məscidləri təkbirlə partladanlar kimlərdir? Xahış edirəm buna cavab verin.


Bu Bəşər Əsədin əsgərlərinin ciyərini yeyən kim idi?

Bu qız uşağının gözü qarşısında şiə olduğununa görə, ata və qardaşlarını sonra da özünü qətlə yetirənlər "Nusra cəbhəsi" deyildimi?

“Ey şiələr, sünnilərə qarşı birləşin”


İslamda əsirlərin öldürülməsi varmı?

“Ey şiələr, sünnilərə qarşı birləşin”


Türbələrin dağıdılması bir gün İstanbula gəlsə nə deyəcəksiniz?

“Ey şiələr, sünnilərə qarşı birləşin”
“Ey şiələr, sünnilərə qarşı birləşin”


Bu İslam alimini təkcə şiə olduğuna görə qətlə yetirənlər "Nusra" terrorçuları deyildilərmi?

“Ey şiələr, sünnilərə qarşı birləşin”


Bir neçə kəndin əhalisini qətliam edən "Nusra" və digər terrorçular deyildilərmi?

“Ey şiələr, sünnilərə qarşı birləşin”


Vəya bu başı kəsilənin qətlinə şərik olacaqsınızmı?

“Ey şiələr, sünnilərə qarşı birləşin”


Yəqin bu terrorçu başını da xatırladınız? Sürücüləri ələvi olduqlarına görə qətlə yetirdi...

“Ey şiələr, sünnilərə qarşı birləşin”


Bu da videoların on mində biridir:
http://www.youtube.com/watch?v=Qrm_AKpDTuM
http://www.youtube.com/watch?v=YY6QSEXnVnE
http://www.youtube.com/watch?v=haL9sPjBQ-s


....Bilinki, Mavi Mərmərə gəmisinə hücum etdikdən sonra, Azərbaycanda bir vəhabi buna etiraz etmədi. “Rafizi” adlandırdığınız ancaq əslində zülmə yox deməyi vəzifə bilən şiələr İsrailə etiraz, Türkiyəyə dəstək nümayiş etdirdilər. Bunu minnət üçün deyil, məlumat üçün sizə bildiririk.


İslam Peyğəmbəri heç vaxt “ey sünnilər” deyə müraciət etməyib.

Ancaq siz yaxşı olardı ki, terrorçuların öz döyüşçülərinə müracət etdiyi “ey Əbu Süfyan övladları” kimi müraciət edəsiniz. Bəlkə onda səsinizə 3-5 nəfər səs verər. Amma dəqiq bilinki, Azərbaycanda sünnilər də şiələr kimi Əhlibeyt məhəbbətinə sadiqdirlər və Suriyadakı terrorçularla heç bir əlaqəsi yoxdur. Onlar vəhabiliklə sünniliyin nə olduğunu gözəl bilməklə sizin yazılarınız kimi vəhdəti zədələyən fikirləri təqdir etmirlər.

Son olaraq Qurani Kərimdən bir ayəni diqqətinizə çatdırıram:
“Bəndələrimə de: gözəl sözlər söyləsinlər . Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra 17)

P.S. Yazar Qamət Süleymanova açıq məktub yazdığını bildirsədə, əslində fitnə qələmilə şiə və sünnilər arasında parçalanma və düşmənçilik toxumu səpdiyinə görə bu yazını yazdım.

Ramin Bayramov
İslamazeri.az-ın baş redaktoru

islamazeri.az
Müəllif: Admin | 9-04-2014, 17:38
Baxılıb: 2390
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.

Şərhlər -
2

Asraf - 2 iyul 2014 15:47
Xahiş edirəm bu məqalənin adını dəyişin: "Ey şiə və sünnilər bu fitnəkar Məkkə fəth olunandan yalandan islama daxil olub fitnə salan təkfirçi+vəhhabi+sələfilərə qarşı birləşin".
Və qeyd edərdiniz necə talibanlar (vəhhabilər) sünni və şiələrə qarşı Əfqanıstandakı müharibə yapdılar. Şah Maqsud, Rəbbani, Hikmətiyar, Dustun kimi sünni və şiyələr talibana qarşı qeyrət göstərib vuruşdular. Həmdə yada salın Çeçenistanda 1-ci və 2-ci müharibələri ki, o zaman vəhabilər sünni yerlı əhaliyə təhdid edib vəhdəti pozdular və xalqı qırğına sövq etdilər. Bunu hər zaman vurğulamaq və sünnilərin yadına salmaq lazımdır.
Zorab Jonni - From Iran - 5 fevral 2015 00:10
Why Kill us? We are Trust.
Down For USA. Down For Wahabi. Down For Daesh. Down For Freemasons. Down For Zionists. Down For Israel.....