Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Aşura və Zühurda insanların haqla batil arasında seçimi

Aşura və Zühurda insanların haqla batil arasında seçimi

Aşura və Zühurda insanların haqla batil arasında seçimi

İnsan həmişə haqq və batillə mübarizə aparır. İnsan bilmək istəyir ki, haqq hansıdır, batil hansıdır. İnsan bilmək istəyir ki, hansı yolda getsə, daha az zərər görər. İnsan nəfsani həvəsləri ilə vuruşmaq istəyir və haqqı seçmək istəyir. (Erfan)
Böyük hadisələr zamanı insanın haqqa və batilə meyl etməsi xüsusi əhəmiyyətə malikdir. Başqalarını da təsiri altına qoyar. Bunun aydın səhnəsini Aşura hadisəsində və Zühur hadisələrində görmək olar.
Peyğəmbərlər (ə) və İmamlar (ə) müşrik və münafiqlərlə vuruşublar. Bu döyüşün aşkar halını Aşura hadisəsində görmək olar. Bu, elə bir gündür ki, cahillik öz ali həddinə çatdı və tarixi xəcalətli etdi. İmam Zaman ağanın (ə.f) zühuru zamanı da yaxşı və saleh insanlar zalımlara qarşı çıxacaq, haqla batil bir-birindən ayrılacaqdır.

İmam Hüseyn (ə) Yezid lənətliyə beyət etmədi, çünki o, imansız və günahkar idi. İmam Hüseyn (ə) Peyğəmbər (s) şəhərində yar və yavər tapmadığına görə onunla xudazfizləşir. Ailəsi ilə bir yerdə Məkkəyə yollanır.

İmam Zaman ağa (ə.f) zühurun zəminəsini yaratmaq üçün Mədinədə yaşayarkən, Məkkəyə elçi göndərəcək. Çünki Mədənidə ona yardım edəcək heç kəs olmayacaqdır. İmamın (ə.f) Məkkəyə göndərdiyi elçi şəhid olacaqdır. Süfyani ordusu İraqı fəth edəndən sonra İmamı (ə.f) şəhid etmək üçün Mədinəyə hücum edəcəkdir. İmam (ə.f) tək və qəribdir. O, Məkkəyə yollanacaqdır.

İmam Hüseyn (ə) Məkkədə dörd aydan çox yaşadı. O, həcc mövsümündə hacılara əmr-be-məruf etdi. Məkkə camaatı İmamın (ə) bu dəvətinə cavab vermədilər. Kufə camaatı isə Yezid (lən) ordusunun zülmündən təngə gəlmişdilər. Ona görə də İmamı (ə) dəvət etdilər. Onlar İmama (ə) 12 min məktub göndərmişdilər. Hər bir məktubun sonunda dörd nəfərin imzası var idi – cəmi 48 min nəfər.
İmam Hüseynin (ə) Məkkədə düşmənləri çox idi, ona görə də İmam (ə) qərara alır ki, kufəlilərin dəvətini qəbul etsin. İmam (ə) Kufəyə yollanmazdan əvvəl Müslimi ora göndərir. Kufəlilər də onu xoş qarşılayır və beyət edirlər.

İmam Zaman ağa (ə.f) Məkkəyə gedir. Ancaq Allahın şəhərində qəribdir. Məhərrəm ayının çatmasına az qalmışdır və İmamın (ə.f) tərəfdaşları ona yardım üçün tələsirlər. İmamın (ə.f) tərəfdaşlarının çoxu əcəmlərdir. İmam Zamanın (ə.f) ordusu kamil olandan sonra Allahın iradəsi ilə İmam (ə.f) Məkkədə zühur edəcəkdir. Məkkə camaatı müxaliflik edəcəkdir. Nəhayət Məkkə fəth olunacaq və zalımlar cəzasına çatacaqlar. Ədaləti ilk dadan şəhər – Məkkə olacaqdır.

İmam Hüseyn (ə) Məkkəni Kufə niyyətilə tərk edir. Məkkə valisi onun qarşısını almaq istəyir, ancaq bacarmır.

İmam Zaman ağanın (ə.f) zühur xəbəri Məkkədə yayılacaqdır. Süfyani xəbər tutacaqdır ki, böyük hadisə baş vermişdir. Ona görə də böyük bir ordu düzəldəcəkdir ki, Məkkəni fəth etsin. Süfyani ordusu Məkkə yolunda səma əzabına düçar olacaqdır. Süfyani və ordusu torpağın içinə girəcək və məhv olacaqdır.

İmam Hüseyn (ə) 1500 km yolu gedir ki, Kərbəlaya çatsın. O, 23 gün yol gedir. İmam (ə) yolda müxtəlif insanlarla rastlaşır. Züheyr ibni Qeyslə tanış olur. Səlbiyə yaxınlığında Müslimin şəhadət xəbərini eşidir. O insanlar ki, məqam və sərvətə çatmaq üçün İmamla (ə) bir yerdə gəlmişdilər, ondan ayrılırlar. Şərafda Hürrün ordusu yolu bağlayır. Ondan istəyirlər ki, Kufəyə getməsin. Ona görə də İmam (ə) Kərbəlaya yollanır.

İmam Zaman ağanın (ə.f) ordusu Mədinəyə yaxınlaşan zaman Süfyaninin qalmış ordusu qaçar və Mədinə fəth olunar. Mədinə azad olandan sonra bu diyarın Əhli-beyt (ə) davamçıları azad olarlar. İmam (ə.f) Mədinəyə vali təyin edər və sonra İraqa yollanar.
İmam (ə.f) Mədinəni tərk edən zaman tərəfdaşlarının sayı artar. Səlbiyə adlı yerdə Ələvi bir kişi İmamdan (ə.f) sübut istəyər. İmam Zaman ağa (ə.f) da Peyğəmbərin (s) əhdnaməsini ona göstərər. Bu əhdnaməni görənlər İmamla (ə.f) yenidən beyət edərlər. Onlar Kufəyə yollanar. Kufədə əcəm Əhli-beyt (ə) davamçıları qiyam edər. Onlar məzlum İraq Əhli-beyt (ə) davamçılarının azad olması üçün kafir ordusu ilə vuruşarlar. Çox sayda insan öləcək və Kufə, Nəcəf, Kərbəla atəş içində olacaqdır. İki tərəfdən meh əsəcəkdir. Biri Hicaz tərəfindən Kufəyə tərəf yollanan İmamın (ə.f) tərəfdaşlarıdır, o biri tərəfdən isə əcəmlərdir ki, Kufəyə tərəf hərəkət edərlər. Onlar İmama (ə.f) yardım etmək üçün gələrlər.

/Deyerler.org/
Müəllif: Admin | 12-12-2014, 20:53
Baxılıb: 899
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.