Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Allah Təala İmam Hüseyni (ə) vəhyin gözətçisi təyin etmişdir

Allah Təala İmam Hüseyni (ə) vəhyin gözətçisi təyin etmişdir

Allah Təala İmam Hüseyni (ə) vəhyin gözətçisi təyin etmişdir

Əgər Aşura hadisəsi olmasaydı bu gün İslam dinindən əsər qalmazdı. Bu cümlə həqiqətdir ki, o din ki, Muhəmməd (s) Allah tərəfindən gətirmişdi, İmam Hüseynin (ə) fədakarlığı nəticəsində davamlı və cavidan oldu. (Erfan)
Allah Təala Qüdsi hədisdə Həzrət Peyğəmbərə (s) belə xitab edir: “Ey Muhəmməd (s)! Mən Hüseyni (ə) vəhyin gözətçisi qərar vermişəm. Onu şəhadətlə əziz və dəyərli etmişəm”.
“Əhzab” surəsinin 33-cü ayəsində Allah Təala buyurur: “Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”.
Əhli-təsənnün alimləri yazır: “İslam ümməti bu əqidədədir ki, bu ayə Peyğəmbərin (s), Həzrət Fatimənin (s.ə), İmam Əlinin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) şənində nazil olmuşdur”.
Ümmi Sələmə nəql edir: “Bu ayə mənim evimdə Peyğəmbərə (s) nazil olmuşdu. Peyğəmbər (s) də onun Əliyə (ə), Fatiməyə (s.ə), Həsənə (ə) və Hüseynə (ə) aid olduğunu söyləmişdi. Mən soruşdum ki, bəs mən də onlardan biriyəm? Buyurdu: “Sən – xeyir yolunda və özünün xüsusi məqamında qərar tutursan. Ancaq Əhli-beytdən (ə) deyilsən”.
Başqa bir ayədə oxuyuruq: “Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır”. (“Nisa” 69).Həzrət Peyğəmbər (s) buyurur: “Bu ayədə peyğəmbər dedikdə məqsəd mənəm. Siddiq dedikdə qardaşım Əli (ə) və ümumi şəhidlər dedikdə Həmzə, saleh dedikdə qızım Fatimə (s.ə) və övladları Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulur”.
Allah Təala Quranda Həzrət Peyğəmbərə (s) belə göstəriş verir: “De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23). Bütün təfsirçilər qeyd edir ki, burada adı çəkilən qohumlar - Əli (ə), Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyndir (ə).
Həzrət Əli (ə) və Fatimə (s.ə) Peyğəmbərin (s) zamanında nəzirlərini yerinə yetirmək üçün üç gün oruc tutmuşdular. İftar zamanı hər üç günün üçündə də qapılarını yoxsul insan döyür. Onlardan yemək istəyir və hər dəfə də yeməklərini yoxsula verirlər. O zaman ki, Peyğəmbər (s) onların rənginin sarlığının səbəbini soruşur, bu ayə nazil olur: “Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər”. (“İnsan” 8). Bu yolla Allah onları mədh edir. Çünki onların yeməyə ehtiyacı olduğu halda onu Allah yolunda hədiyyə etmişdilər.
Allah Təala bizləri Əhli-Beytin (ə) yolunda olanlardan qərar versin.

/Deyerler.org/
Müəllif: Admin | 8-12-2014, 00:56
Baxılıb: 823
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.