İmam Sadiq (ə) buyurur...
Müəllif: Admin
Tarix: 3-01-2016, 20:55
İmam Sadiq (ə) buyurur...

Şəvval ayının 25-də müsəlmanların 6-cı imamı Həzrət Cəfər Sadiqin (ə) şəhadət günüdür. Bunu nəzərə alaraq, əziz İmamdan (ə) müxtəlif mövzularda nəql olunan bir neçə hədisi dəyərli oxucuların diqqətinə çatdırırıq.
İmam Sadiq (ə) buyurur: “Bütün abadlıqda yaşayan cəmiyyətlər üç dəstəyə ehtiyaclıdırlar ki, dünya və axirət işlərində onlara pənah aparsınlar: bilikli və pəhrizkar fəqih (müctəhid), yaxşı və ədəbli hakim və agah və etimad olunası həkim”.

İmam Sadiq (ə) buyurur: “Hər kəs Allah yolunda öldürülsə, Allah Təala ona heç bir günahını göstərməz”. (Bütün günahları bağışlanar).

İmam Sadiq (ə) buyurur: “Ailə xərcinin qorxusundan evlənməyən kəs, Allaha qarşı sui-zənn etmişdir”.

İmam Sadiq (ə) buyurur: “Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah Təala da Qiyamət günü onu xalq qarşısında rüsvay edər”.

İmam Sadiq (ə) buyurur: “Allah Təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan”.

İmam Sadiq (ə) buyurur: “Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar”.

İmam Sadiq (ə) buyurur: “Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin”.

İmam Sadiq (ə) buyurur: “Mömin başqaları ilə yola gedir və əsla kimsə ilə didişmir”.

İmam Sadiq (ə) buyurur: “Kim ağılsız şəxsin (özünə qarşı rəftarının) əvəzini ağılsızlıqla çıxsa, ona qarşı (ağılsız tərəfindən) edilən rəftara razılığını vermişdir. Çünki ondan nümunə götürmüşdür”.

İmam Sadiq (ə) buyurur: ““Sübhanallah” demək insanın əməl tərəzisinin yarısını, “Əlhəmdulillah” onu bütünlüklə, “Allahu əkbər” isə yerlə göyün arasını doldurar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930