İmamət niyə zəruridir?
Müəllif: Admin
Tarix: 12-04-2015, 21:29
İmamət niyə zəruridir?

“İmamət” lüğətdə “rəhbərlik” mənasını verir. Hər kim bir qrupa rəhbər olarsa, ona imam deyərlər. İstər haqq yolunda olsun, istərsə də batil. Namazda iqtida edilən şəxsə də imam deyilir. (Tebyan)
Lakin kəlam elmində imamət - İslam cəmiyyətində dünya və axirət işlərinə rəhbərlik edən insana deyilir. Əhli-beytin (ə) nəzərinə görə, bu imamət Allah tərəfindən təyin edilməlidir. Çünki bu insan günahdan, xatadan məsum olmalıdır. Belə ki, Məsum İmam (ə) - Peyğəmbərin (s) nübuvvət və risalətdən başqa malik olduğu bütün sifətlərə malik olar. İmamət - nübuvvətin davamı və Allah Təala tərəfindən olan bir lütfdür. İnsanlar Məsum İmamı (ə) təyin etməkdə heç bir rola malik deyildirlər. Bu, Allahın ixtiyarındadır ki, İmamı təyin edir. İmamət dinin əsasıdır və imamətə inanmayan insanın imanı kamil olmaz
Onun İslam maarifi, qanunları haqqında dedikləri hüccətdir. Hökumət işlərində təyin etdiyi qanunlar isə vacibul-itaətdir. Ona görə də Əhli-beytin (ə) imamət mövzusundakı əqidəsi başqa firqələrdən üç mövzuda fərqlənir:
- İmam gərək Allah tərəfindən təyin edilsin.
- İlahi elmə malik olsun.
- Günahdan məsum olsun.
Əlbəttə, məsum olmaq imamətliyə bərabər deyildir. Çünki Əhli-beytin (ə) nəzərinə görə xanım Fatimə (s.ə) də məsum idi, baxmayaraq ki, imam deyildi. Həzrət Məryəm (s.ə) də məsum idi.

Əqli baxımdan imamətin zəruriliyi.
Allah tərəfindən olan bir lütfüdür və Allah əgər insanı yaradıbsa, onu rəhbərsiz qoymamalıdır. Peyğəmbərləri (ə) və İmamları (ə) da insana düz yolu göstərmək üçün göndərmişdir.
Alimlər deyir ki, Allahı ədalətli hesab etdiyimiz kimi, həm də lütf sahibi hesab etməliyik. İlahi lütf isə budur ki, bəndələrin itaət və günahdan uzaq olması üçün zəminə hazırlamaqdır. Əgər bu zəminə geniş olmazsa, insan yol tapmadığı üçün dəlil gətirə bilər. Allah da bu hüccəti insanlardan almaq üçün gərək bəşəri hidayət etsin, yol göstərsin.
Ona görə də imamət insanların hidayət olması üçün zəruridir. Bu bürhan alimlərin yanında lütf qaydası ilə məhşurdur.
İnsanlar İlahi rəhbər olmadan düz yolu tapa bilmirlər. Onlara mütləq bir rəhbər lazımdır ki, haqq və batili onlara göstərə bilsin. Onları yolunu azmaqdan qorusun.
İmam Sadiq (ə) buyurur: “Allah tərəfindən yer üzündə davamlı olaraq hüccət vardır ki, halal və haramı tanıtsın. İnsanları Allahın yoluna çağırsın”.
Peyğəmbərlərin (ə) tarixini araşdıran zaman görmək olur ki, heç biri canişinsiz dünyasını dəyişməmişdir. Bu sünnət sonuncu Peyğəmbərə (s) qədər davam etmişdir. Peyğəmbər (s) isə özündən sonra bəşərin rəhbəri olaraq İmam Əlini (ə) tanıtmış və onu öz canişini elan etmişdir.
Ağıl da bu işin düzlüyünə şəhadət verir. Belə ki, hər kim insanları hidayət edər və düz yola çağırırsa, şübhəsiz ki, gələcək üçün də proqramı vardır. Belə bir insan başladığı yolu yarımçıq qoymaz və özündən sonra mütləq bu işi davam etdirən insan olmalıdır. Elə bir insan ki, onun fikir və əqidəsi ilə tanış olsun və onun işini davam etdirə bilsin.
Peyğəmbərlər gəldilər və möcüzə göstərərək, Allah tərəfindən təyin olunduqlarını sübut etdilər. İmamların (ə) kəraməti də eyni hədəfə qulluq edir. Əgər Məsumların (ə) həyatını oxusaq, bu cür kəramətlərə çox rast gələrik.
Qüdsi hədisdə oxuyuruq ki, Peyğəmbər (s) buyurub: “Allah Təala buyurur: “Onlar (sənin canişinlərin) səndən sonra Mənim elmimin xəzinədarlarıdır. Onları seçmişəm... Hər kim onları sevər və onların vilayətinə boyun əyər və onların üstünlüyünə şəhadət verərsə, nicat tapar””.
Həzrət Peyğəmbər (s) meraca gedən zaman ona ərşdə on iki İmamın (ə) adını göstərmiş və söyləmişdilər ki, onlar on iki nəfərdirlər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930