Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Gəlin və qayınana münasibətlərini düzgün tənzimləmək - ARAŞDIRMA

Gəlin və qayınana münasibətlərini düzgün tənzimləmək - ARAŞDIRMA

Gəlin və qayınana münasibətlərini düzgün tənzimləmək - ARAŞDIRMA


(Tebyan saytına istinadən)

İnsan həyatında həmişə çətinliklər mövcud olmuşdur. İstər fərdi olsun, istər ailəvi, istərsə də ictimai və siyasi. Bu cür çətinliklə üzləşən zaman insan həmişə həll yolunu axtarar. Rabitə quran zaman bəzən ən çox çətinlik gəlinlə qayınana münasibətlərində müşahidə olunur. Hər iki tərəf daima narahat gözə çarpır.

O şeyi ki, istəyirdilər, həmin şəkildə əldə edə bilməyəndə çətinliklər meydana gələr. Qayınana ilə gəlin arasında olan yanlış münasibətlər bəzən həddən artıq həssas olmaqdan, mənfi mövqe tutmaqdan, yersiz gözləntilərdən, təkəbbürdən, bir-biri haqqında kifayət qədər məlumata malik olmamaqdan irəli gəlir.

Ona görə də yeni ailə qurmuş insanlar qarşı tərəflə dostcasına rabitə qurmaq əvəzinə, ehtiyat edir ki, onu necə qəbul edəcəklər. Onu incidəcəklərmi? Çünki ürfdə qayınana və gəlin münasibəti o qədər mənfi təqdim olunub ki, hər bir cavan gəlin özündən asılı olmayaraq, bunu bu cür qəbul etmişdir. Ətrafındakıların həyatı, ailə münaqişələrində qayınananın rolu və qayınanaların nalayiq rəftarlarını müşahidə etmək kimi. Biz bəzən belə düşünə bilərik ki, döyüş meydanına qədəm basırıq. Ona görə də hər dəfə bu cür münaqişə meydanına gələn zaman ərimizi həmin döyüş meydanına gətirib, məsələni həll etməyə çalışırıq. Lakin bu həll yolu də problemi kökündən qaldırmır.

Bunu qeyd etmək lazımdır ki, gəlin ərini sevdiyi kimi, onun ailəsini də qəbul etməlidir. Əgər ailəsini öz ailəsi kimi qəbul etsə, bu zaman bir çox çətinliklər həll olmuş olar. Bu cür münasibətdə səmimiyyət və ehtiram olar. Eyni zamanda həyat yoldaşınızla rabitənizi gücləndirin. Qayınana ilə yaranan anlaşılmamazlıqlara onu daxil etməyin. Özünüz sülh yolu ilə bu mövzunu həll etməyə cəhd göstərin.

Belə düşünün ki, o sözləri ki, qayınananız sizə deyir, ananızdan eşitsəydiniz, bu cür narahat olardınızmı? Ananızın sözünü rahat şəkildə qəbul edirsiniz, bəs qayınananın sözləri niyə sizə bu qədər əziyyət verir? Çalışın onu da öz ananız kimi qəbul edib, sözlərinə qulaq asasınız.

Əgər düzgün rabitə qurmaq istəyiriksə, gərək zehnimizi pis fikirlərdən təmizləyək. Belə düşünək ki, təzə rabitə qurmaq üçün yeni səhifə açmısınız. Ola bilsin ki, qayınananız pis xasiyyətli olsun. Lakin bir qədər siyasət və məhəbbətlə onun sevgisini qazanmaq mümkündür.

Əgər ətrafınıza baxsanız, yaxşı rabitə quran qayanana və gəlinlə də rastlaşarsınız. Özünüzü qane edin ki, sizin də rabitəniz səmimi və möhtərəm ola bilər.

/Deyerler/

Müəllif: Admin | 24-03-2015, 10:29
Baxılıb: 402
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.