Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Xoşbəxt ailəyə mane olan 3 amil

Xoşbəxt ailəyə mane olan 3 amil

Xoşbəxt ailəyə mane olan 3 amil


(Tebyan saytına istinadən)

Həyat yoldaşı seçimində bəzən elə səhvlər olur ki, gələcək ailənin hüzurunu bir-birinə vurur. Onları tanıyıb aradan qaldırmağa çalışaq:

1. Başqaları ilə yarışa girmək. “Bəzən belə sözləri eşidirik ki, qız anası deyir: “Xalan qızının ərinə bir bax, gör onu necə əlinin üstündə saxlayır”. “Hamı xoşbəxt ailəyə malikdir, səndən başqa”. Bu və buna bənzər cümlələr bəzən ailə həyatında çox eşidilir. Əgər sizin ailənizdə də bu cür şərait varsa və sizi ailə qurmağa tələsdirirlərsə, onlara stop deyin. Əgər başqalarının təzyiqinə görə evlənmək istəyirsinizsə, o zaman səhv edirsiniz. Çünki etdiyiniz seçimdə ağılla deyil, tələskənliklə qərar verəcəksiniz. Öz ailənizi həmişə başqa ailələrlə müqayisə edəcəksiniz. Belə hallarda insanın sağlam ağlı fəaliyнətdən qalır. Siz buna layiq deyilsiniz. Öz xoşbəxtliyiniz üçün mübarizə aparın və meyarlarınıza uyğun biri ilə ailə qurmağa çalışın, yarışa girdiyiniz üçün deyil.

2. Tələsmək şeytanın (lən) işidir. Tələsik qərar vermək insanı səhvə salar və bu cür evlilikdə insanın etdiyi səhvlər bir neçə qat daha çox olar. Ehtimal verilir ki, insan bu tələsik evlilik sayəsində bir çox müsibətlərə göz yumsun. Hər bir evlilik zamanı araşdırmalar etmək zəruridir. Bunun üçün də zamana ehtiyac vardır. Bu şəraitdə də insan ağılına qulaq asmalıdır, tələsməməlidir.

3. Qismətin üstünə atmaq – səhv yanaşmadır. Bizlərin bir çoxu adət etdiyimiz kimi elə bilirik ki, evlilik zamanı heç bir şey bizdən asılı deyildir, hər bir şey İlahi təqdirdir. Biz istəsək də, istəməsək də bu hadisə baş verəcəkdir. Yəni, hər bir evlilikdə qismətin rolu böyükdür. Bu da cavanların evlilik mövzusunda süstləşməsinə səbəb olur. Biz gərək evlilik mövzusunu bütöv şəkildə qismətin üzərinə atmayaq. Əgər bu əqidədə olsaq, özümüzə zülm etmiş olarıq. Gələcək həyatımızın taleyini şübhə altına almış olarıq. Allah bizlərə seçim etmək üçün iradə vermişdir. O, bizə seçim etmək üçün ağıl vermişdir. Bunu bilin ki, evlilikdə sizin də seçim haqqında payınız vardır. Ona görə də gələcəyinizi bu yanlış əqidəyə görə təhlükə altına salmayın. Qismət demək əvəzinə, əyləşib məntiqli qərarlar çıxardın və təcrübəli insanlarla məsləhətləşin. Qarşı tərəfin çatışmayan cəhətlərini araşdırın.


/Deyerler/

Müəllif: Admin | 7-03-2015, 17:16
Baxılıb: 404
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.