Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Başı daima işə qarışmış həyat yoldaşı - ARAŞDIRMA

Başı daima işə qarışmış həyat yoldaşı - ARAŞDIRMA

Başı daima işə qarışmış həyat yoldaşı - ARAŞDIRMA


(Tebyan saytına istinadən)

Bu günün hay-küylü dünyasında çox işləmək adi məsələ olmuşdur. Hamımızın başı qarışıqdır. Hamımız xəstə oluruq, ailə münaqişələrimiz vardır. İş mövzuları hər bir insanın diqqətini cəlb edir. Ancaq bəzi insanlar da vardır ki, iş görməyə aşiqdirlər və anormal qaydada işləyirlər.
Onlar həmişə ailələrini intizarda qoyurlar, evə gec gəlirlər. Həftə sonları da məşğuldurlar. Siz onların diqqətsiz olduğundan şikayət edən zaman isə günahı sizin boynunuza yıxır və deyirlər ki, mən sizə görə çalışıram. Onlar özlərini həmişə haqlı hiss edərlər.

Bu insanların özünəməxsus xüsusiyyətləri vardır:
Başqaları ilə rabitədə çətinliyə düşərlər. Onlar əslində istəyirlər ki, hamı ilə rabitə qursunlar. Lakin bütün həyatlarını proqramlaşdırdıqları üçün, buna vaxtları yoxdur. Onlara görə bütün işləri mühümdür. Əgər kimisə öz proqramlarına daxil etmək istəsələr, həmin şəxsin onun üçün nə qədər dəyərli olmağına nəzər salarlar. Əgər sizin dəvətinizi qəbul etmək istəməsə, yüzlərlə bəhanə gətirərlər.

Həmişə sizi intizarda qoyarlar. Bu həftə yox, gələn həftə və sair. Onlar həmişə sabah üçün vədə verərlər. Lakin sabahın nə zaman gələcəyi məlum deyildir. Həmişə üzr istəyər və təəssüflərini bildirərlər. Sizinlə olmaq istəyirlər, lakin buna vaxtları yoxdur.

Sizinlə olan zaman səbirsizdirlər. Bu insanlar sizin yanınızda olsa belə, işlə bağlı düşünərlər. Özləri yanınızda olsa da, fikirləri başqa yerdədir və buna görə də çox zaman nigaran görünərlər.

Bu insanlar səmimi rabitənin tərəfdarı deyildirlər. Onlar səmimi rabitə qurmazlar. Onlar bəhs edilən mövzunun hisslərə qarışdırılmasından xoşlanmazlar. Çalışarlar ki, həmin mövzunun yanından keçsinlər. Xoş söhbətdirlər və dildə səmimi rabitə istədiklərini bildirərlər. Lakin həqiqət göstərir ki, bu cür deyildir.

Psixoloqların nəzərinə görə bu insanların adətən ruhi zədələri olur. Belə ki, bu cür insanlara az diqqət edilmiş və çox hallarda da valideyn bunlara səbəb olmuşdur. Bu cür insanların ataları adətən çox zaman evdən uzaq olmuşdur və ya anaları evi tərk etmişdir. Onlar bu ruhi zədələrini özlərini işə verərək ört-basdır etməyə çalışarlar. Onlar acı uşaqlıq illərini unutmağa çalışır və buna görə də özləri üçün boş vaxt saxlamırlar. Çünki insan boş olan zaman istər-istəməz bu mövzular haqqında düşünə bilər. Onun üçün tək meyar - işləmək və bu sahədə müvəffəq olmaqdır. Onlar ruhi dərdlərini unutmağın yolunu işləməkdə görürlər.

Deməli, bu cür həyat yoldaşına çox diqqətli olmaq və onu gözəl mənəvi ab-hava ilə əhatə etmək lazımdır.

/Deyerler.org/
Müəllif: Admin | 1-03-2015, 19:16
Baxılıb: 513
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.