Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Evlilikdən əvvəl və evlilik üçün edilən dualar

Evlilikdən əvvəl və evlilik üçün edilən dualar

Evlilikdən əvvəl və evlilik üçün edilən dualar


Dua etmək müstəhəb əməllərdəndir ki, Allahın xüsusi inayətinə səbəb olar. Evlilikdən əvvəl də edilən dualar və Allaha təvəkkül etmək insanı hidayət edər və xeyir yoluna yönləndirər. Hədislərimizin bir çoxunda Məsumlarımız (ə) mömin və layiqli həyat yoldaşına malik olmaq üçün dua etməyi bizlərə tövsiyə etmişdilər. Bunun üçün təmiz niyyət və pak qəlblə Allaha üz tutmağımız kifayətdir. (Tebyan)

Əmirəl-möminindən (ə) nəql edilir ki, buyurub: “Hər kim evlənmək istəsə, iki rükət namaz qılsın və hər rükətdə “Həmd”dən sonra “Yasin” surəsini oxusun. Namazı bitirəndən sonra Allaha həmd etsin. Bundan başqa bu duanı namazın qunutunda, hər namazdan sonra, səcdədə və ya hər vaxt çoxlu desin.

اللهم اَغنِنی بِحلالِکَ عَن حَرامِک و بِطاعَتِکَ عَن مَعصیتِک»
("Əllahummə əğnini bihəlalikə 'ən həramik və bita'ətikə ən mə'siyətik")

Allahım, məni ehtiyacsız et halalınla haramından, itaətinlə itaətsizliyindən”.

İmam Əli (ə) başqa yerdə buyurur: “Nə zaman sizlərdən biriniz evlənmək istəsəniz, gərək ilk iki rükət namaz qılasanız. Hər rükətdə “Həmd” dən sonra “Yasin” surəsini oxuyun. Namazdan sonra həmd etdikdən sonra deyin:
اللَّهُمَّ ارْزُقْنِی زَوْجَةً صَالِحَةً وَدُوداً وَلُوداً شَکُوراً قَنُوعاً غَیُوراً إِنْ أَحْسَنْتُ شَکَرَتْ وَ إِنْ أَسَأْتُ غَفَرَتْ وَ إِنْ ذَکَرْتُ اللَّهَ تَعَالَى أَعَانَتْ وَ إِنْ نَسِیتُ ذَکَّرَتْ وَ إِنْ خَرَجْتُ مِنْ عِنْدِهَا حَفِظَتْ وَ إِنْ دَخَلْتُ عَلَیْهَا سُرَّتْ وَ إِنْ أَمَرْتُهَا أَطَاعَتْنِی وَ إِنْ أَقْسَمْتُ عَلَیْهَا أَبَرَّتْ قَسَمِی وَ إِنْ غَضِبْتُ عَلَیْهَا أَرْضَتْنِی یَا ذَا الْجَلَالِ وَ الْإِکْرَامِ هَبْ لِی ذَلِکَ فَإِنَّمَا أَسْأَلُکَ وَ لَا أَجِدُ إِلَّا مَا قَسَمْتَ لِی.
فَمَنْ فَعَلَ ذَلِکَ أَعْطَاهُ اللَّهُ مَا سَأَلَ ثُمَّ إِذَا زُفَّتْ إِلَیْهِ وَ دَخَلَتْ عَلَیْهِ فَلْیُصَلِّ رَکْعَتَیْنِ ثُمَّ لْیَمْسَحْ یَدَهُ عَلَى نَاصِیَتِهَا وَ لْیَقُلِ: اللَّهُمَّ بَارِکْ لِی فِی أَهْلِی وَ بَارِکْ لَهَا فِیَّ وَ مَا جَمَعْتَ بَیْنَنَا فَاجْمَعْ بَیْنَنَا فِی خَیْرٍ وَ یُمْنٍ وَ بَرَکَةٍ وَ إِنْ جَعَلْتَهَا فُرْقَةً فَاجْعَلْهَا فُرْقَةً إِلَى خَیْر
Yəni, Allahım, mənə mehriban, qeyrətli, şükür edən həyat yoldaşı əta et ki, əgər ona yaxşılıq etsəm, mənə təşəkkür etsin, əgər ona pislik etsəm, məni bağışlasın. Əgər Allahı yada salsam, mənə yardım etsin. Əgər Allahı unutsam, mənə Allahı xatırlatsın. Əgər onun yanından xaric olsam, (mənim malımı, sirrimi və abrımı) qorusun, onun yanına gələn zaman sevinsin. Əgər ona bir işi əmr etsəm, mənə itaət etsin, əgər onun əleyhinə and içsəm, mənə həmin andı açıqlasın. Əgər ona qəzəblənsəm, məni razı salsın. Ey Cəlal və İkram sahibi olan Allah! Mənə belə bir həyat yoldaşı bəxş et. Mən onu səndən istəyirəm. Mənə bir şey çatmaz, məgər o şey ki, Sən mənə minnət qoyasan və əta edəsən”.

İmam Sadiq (ə) buyurur: “Sizlərdən biriniz nə zaman evlənmək üçün hümmət etdiniz, iki rükət namaz qılın, Allaha həmddən sonra deyin:
اللَّهُمَّ إِنِّی أُرِیدُ أَنْ أَتَزَوَّجَ فَقَدِّرْ لِی مِنَ النِّسَاءِ أَعَفَّهُنَّ فَرْجاً وَ أَحْفَظَهُنَّ لِی فِی نَفْسِهَا وَ فِی مَالِی وَ أَوْسَعَهُنَّ رِزْقاً وَ أَعْظَمَهُنَّ بَرَکَةً وَ قَدِّرْ لِی وَلَداً طَیِّباً تَجْعَلُهُ خَلَفاً صَالِحاً فِی حَیَاتِی وَ بَعْدَ مَمَاتِی»
“Allahım, mən evlənmək istəyirəm. Mənim üçün qadınlar arasından ən iffətlisini təqdir et. O qadın ki, öz və ərinin malını daha çox qoruyandır. Ruzisi və bərəkəti çox olsun. Mənim üçün elə övladlar təqdir et ki, mənim üçün həyatımda və vəfatımdan sonra saleh varislər olsunlar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Taha” surəsini yazar, yaşıl parçaya bükər, elçiliyə gedər – elçiliyi rədd olmaz. Hacəti yerinə yetər”.
İmam Sadiq (ə) buyurur: “Hər kimin elçisi yoxdur və ya elçiliyinə cavab verilmir, “Taha” surəsini yazsın, yusun və suyunu üzünə töksün. Allah evliliyini asan edər”.

/Deyerler.org/
Müəllif: Admin | 22-02-2015, 22:40
Baxılıb: 3313
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.