Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Əgər övladımız ifrat utancaqdırsa nə edək? - ARAŞDIRMA

Əgər övladımız ifrat utancaqdırsa nə edək? - ARAŞDIRMA

Əgər övladımız ifrat utancaqdırsa nə edək? - ARAŞDIRMA


(Tebyan saytına istinadən)
Valdieynin arzularından biri budur ki, övladları cəmiyyətdə ən yaxşı şəkildə özlərini aparsınlar. İnsan cəmiyyət içinə çıxan zaman gizli istedadlarını nümayiş etdirər.

Lakin bəzi uşaqlar cəmiyyət içində özlərini rahat hiss etmirlər. Onlar dostları ilə səmimi rabitə qura bilmirlər. Ona görə də həmişə problemə üzləşirlər. Valideyn də davamlı olaraq bu haldan şikayət edər. Uşaqların xəcalət hissini azaltmaq üçün bəzi məharətlər tövsiyə olunur ki, onlara işarə edək:

1. Utancaq olmağı uşağınıza damğa vurmayın.
Tərbiyə zamanı valideynlərin ən çox etdikləri səhvlərdən biri – övladlarına utancaq olmaq damğasını vurmaqdır. Heç bir zaman övladınızı başqalarının yanında xəcalətli adlandırmayın. Uşağa bu damğanı vurmaq onun şəxsiyyətini alçaldar. Elə bir insana çevrilər ki, həqiqətən də ifrat utancaq olar. Əgər sizin övladınıza deyilsə ki, nə qədər utancaqdır, buna etiraz edin və deyin ki, o, utancaq deyildir. Sadəcə vəziyyətə uyğunlaşması üçün ona zaman vermək lazımdır.

2. Uşaqlarınızın yerinə siz cavab verməyin.
Bəzən elə olur ki, başqaları sizin uşağınıza sual verir və övladınız ona kifayət qədər cavab verə bilməyən zaman əllərini üzünə tutur və ya sizin arxanızda gizlənir. Belə olan halda siz onun yerinə cavab verməyin. Yaxşı olar ki, bəhsin mövzusunu dəyişdirəsiniz. Onu bu gərgin vəziyyətdən çıxardın. Yadımızda olsun ki, uşağıımızın yanında başqalarına onun necə utancaq olduğu haqqında danışmayaq. O biri tərəfdən onu ictimai rabitə qura bilmədiyinə görə danlamayın. Danlamaq yerinə, ona həll yollarını göstərin.

3. Uşağınızın qəmini siz də artırmayın.
Utancaq uşaqlar adətən öz yaşıdları tərəfindən məsxərə olarlar. Dostlarının bu rəftarı onu nigaran və narahat edər. Əgər övladınızı bu halda görsəniz, onunla dərdləşin. Özünüzü elə aparın ki, onun hisslərini başa düşürsünüz. Bəzi valideynlər bu mövzuda uşaqları ilə həmrəy olmaq yerinə, əksinə - onu danlayırlar. Deyirlər ki, dostların düz deyir.

4. Müqayisədən uzaq olun.
Valideynin başqa bir səhvi budur ki, övladlarını başqa uşaqlarla müqayisə edərlər. Misal üçün deyərlər: “Qonşunun oğlu məni görəndə necə gözəl salamlaşır və halımı soruşur. Ancaq sən utancaqsan, belə etmirsən”. Müqayisə etmək nəinki uşaq vaxtı, böyüyən zaman belə bəyənilməzdir. İnsanın şəxsiyyətini sual altına salar.

5. İfrat utancaqlığa zidd olan ən kiçik rəftarını belə tərifləyin.
Tərifləmək bəyənilən rəftarı yenidən təkrar etmək üçün şərait yaradar. Əgər övladınız qonaqlıq zamanı gedib hamıya salam verirsə, onu tərifləyin. Deyin ki, sənə əhsən olsun ki, belə gözəl salam verirsən. Əgər çəkdiyi rəsmi dostlarına göstərirsə ona deyin ki, bu işi gördüyün üçün çox sevinirəm.

6.Uşağa sərtlik etmək işi daha da pisləşdirər.
O zaman ki, uşağınıza hamının içində salam verməsini istəyirsiniz, qorxuya düşər. Heç bir söz deyə bilməz. Əlbəttə, buna bənzər hallarda da eyni reaksiyanı göstərəcəkdir. Uşağı bu cür işlərə vadar etmək onun rabitə qurmaq məharətini inkişaf etdirməz. Sadəcə olan problemi daha da şiddətləndirər.


/Deyerler.org/
Müəllif: Admin | 15-02-2015, 22:39
Baxılıb: 367
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.