Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Hər kim övladını sevindirərsə, Qiyamət günü Allah onu sevindirər

Hər kim övladını sevindirərsə, Qiyamət günü Allah onu sevindirər

Hər kim övladını sevindirərsə, Qiyamət günü Allah onu sevindirər


Məsumlarımız (ə) uşaq şəxsiyyətinə böyük dəyər verirdilər. Başqalarını da uşaqları sevməyə və onlara hörmət etməyə dəvət edirdilər. İmam Sadiq (ə) buyurur: “Həzrət Musa (ə) Allaha buyurur: “Allahım! Hansı əməl Sənin yanında daha layiqlidir?”. Cavab gəlir: “Uşaqları sevmək. Çünki onların fitrətində Öz tövhidimi qərar verdim””. (Tebyan)

Əmirəl-möminin (ə) buyurur: “Hər kim övladını öpər, onun üçün həsənə yazılar. Hər kim övladını şad edərsə, Qiyamət günü Allah onu şad edər”.

İmam Rza (ə) buyurur: “Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: “Bu övladımın mənim üzərimdəki haqqı nədir?”. Həzrət (s) buyurur: Yaxşı ad, yaxşı tərbiyə, ictimai hörmətini qorumaq””.

Övlad tərbiyəsi – mühüm mövzulardandır. Hələ dünyaya gəlməzdən əvvəl onun tərbiyəsi ilə məşğul olmaq lazımdır. Bəzi valideynlər belə düşünür ki, övladları 1 yaşına qədər sadəcə cisimdən ibarətdir. Yemək yeyir, yatır, heç bir şeyi dərk etmir. Ona görə də onun qarşısında istədikləri rəftarı edir və istədiklərini danışırlar.

O zaman ki, körpə onları təqlid edər, çox təəccüb edərlər. Ona görə də valideynin vəzifəsi çox ağırdır. Bəzi əməllər uşağın əxlaqına təsir qoyar.

Ona görə də övlad tərbiyəsində ən mühüm məsələ - rəftar və danışıqda düzgün və ixlaslı olmaqdır. Yalandan, ikiüzlülükdən uzaq olmaq lazımdır.

Uşaq həm doğrunu yaxşı dərk edər, həm də yalanı. Valideyn elə bilir ki, uşaqların heç bir şeydən xəbəri yoxdur. Ona görə də övladlarına yalan vədlər verərək, onları bəzi şeylərə vadar edərlər. Ola bilsin ki, zahirdə öz istəklərinə çatarlar. Lakin həqiqətdə həm özləri və həm də övladları üçün böyük giriftarlıq yaratmış olarlar.

Uşaqla yanlış rəftar və ona yalançı vədələr vermək - ən çirkin eyblərdəndir. Sübhan Allah buyurur: “(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox,) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı – onlardır!”. (“Nəhl” 105).

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Yalandan çəkinin. Çünki yalan pis əmələ tərəf çəkər. Pis əməl insanı cəhənnəmə çatdırar”.

Rəsuli-Əkrəm (s) buyurur: “Ən böyük xəyanət odur ki, qardaşına elə söz deyəsən ki, o, səni doğru danışan bilsin, sən ona yalan deyəsən”.

Əmirəl-möminin (ə) buyurur: “Bəndə - istər ciddi olsun, istərsə də zarafatla - yalanı tərk etməsə, imanın məzəsini dərk etməz”.

İmam Baqir (ə) buyurur: “Yalan, imanı viran edər”.

İmam Həsən Əsgəri (ə) buyurur: “Bütün çirkinlər bir evdə qoyulmuşdur. Həmin evin açarı yalandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman sizlərdən biriniz uşağa vədə versəniz, gərək ona vəfa edəsiniz”.

İmam Rza (ə) buyurur: “O zaman ki, övladınıza vədə verirsiniz, ona vəfa edin. Çünki onlar elə bilir ki, siz onların ruzisini verənsiniz. Həqiqətən, Allah Özünün ən çox qəzəbini o kəslərə yağdırar ki, həyat yoldaşı və uşağına sevgisizlik edər”.


/Deyerler.org/
Müəllif: Admin | 15-02-2015, 00:42
Baxılıb: 464
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.