Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Həyat yoldaşları bir-birlərinə sevgi ilə baxanda, Allah da onlara rəhmətlə nəzər salar

Həyat yoldaşları bir-birlərinə sevgi ilə baxanda, Allah da onlara rəhmətlə nəzər salar

Həyat yoldaşları bir-birlərinə sevgi ilə baxanda, Allah da onlara rəhmətlə nəzər salar


Allah Təala insan fitrətinə sevgi hissi qoymuşdur ki, Öz eşqinin cilvəsini onda müşahidə etsin. Cavanlar nişanlı olan zaman həmin dövrün öz ab-havasında olur. Bu dövrdə insan ola bilər ki, müstəqil qərarlar versin. Lakin elə ki, evlənir, gərək müəyyən məsələlərdə həyat yoldaşı ilə məsləhətləşsin. (Tebyan)

Ailə quran hər bir cavan məsuliyyət hiss edər və bu məsuliyyət hissi həyat tərzini müəyyən edər. Yəni hansı səmtə aparacağını müəyyən edər.
Evli kişi subay vaxtındakı adətlərini məhdudlaşdırar və bəzi istəklərini ailəsinə xatir azaldar. Evlənəndən sonra mən olur biz.

Eşq bütün yaxşılıqların anasıdır və ailədə əgər eşq olarsa, ilk sözü o, deyər.

Evlilikdə ən mühüm hədəf - cütlər arasındakı sevgi rabitəsi və hüzurdur. Sevgi rabitəsi qurmaq, ailənin möhkəm olmasında böyük rola malikdir. Sevgi rabitəsini qurmaq üçün ən lazım olan şey - onu bəyan etməkdir. Bəziləri deyir ki, mən həyat yoldaşımı çox istəyirəm, ancaq ürəyimdə. Bunu dilinə gətirmir. Halbuki, insana sevgisini bəyan etsə, qarşı tərəfin ürəyindəki kini və küdurəti aradan aparar və sui-zənləri yığışdırar.

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, kişi həyat yoldaşına sevgi ilə baxar və həyat yoldaşı da ona sevgi ilə baxar - Allah onlara rəhmət gözü ilə nəzər salar”.

Həzrət Fatimə (s.ə) ilə İmam Əlinin (ə) həyatında sevgi dolu sözlərə çox rast gəlmək olurdu. Xanım (s) daima İmam Əliyə (ə) hədsiz hörmət qoyardı. Həzrət Fatimə (s.ə) İmam Əliyə (ə) sevgi ilə buyurardı:“Əlican! Ruhum sənin ruhuna fəda olsun, canım sənin canının bəlalarına qalxan olsun”.

İmam Əli (ə) buyurur: “Xitab etdiyiniz sözləri gözəl edin ki, gözəl cavab eşidəsiniz”.
Bəli, sevgi elə bir nemətdir ki, bütün bağlı qapıları açar və insanı səadətə çatdırar. Əgər cavanlar bir-birinə sevgi bəsləyirsə, bir-birinin ehtiyaclarını da bilirlər deməkdir. O, eşqinə dəyər verirsə, gərək qarşı tərəfi həmişə razı və xoş etsin. Çünki gözü məşuqun camalından başqasını görməz. Onun xoşbəxtliyindən başqa bir şey istəməz.

Aşiq üçün çox sayda şirin təcrübələr vardır. O, çətinliklərə baxmaz və sevdiyi insan üçün hər bir çətinliyə dözməyə hazır olar. Çünki İlahi eşq varlığını əhatə etmişdir. Bu, eşqin xüsusiyyətindəndir. Aşiq həmişə məşuqun aynası olar, ona görə fədakarlıq edər və həyatın çətinliklərini bir-bir həll edər.

Bu cür həyat yoldaşları bir-birini xatalardan qoruyar və eyblərini örtərlər. Onlar bir-birinin rahatlıq mənbəyidirlər. Hər biri o birisinin zinətidir. Bəli, sevgi hər bir ailə həyatını bağa və bağçaya çevirər. Onu hər bir ot və ələfdən təmizləyər və saflaşdırar. Ata və ananın sevgi dolu rabitəsi istər-istəməz qalan ailə üzvlərinə də müsbət təsir qoyar. Valideyn övladlarının ilk müəllimi kimi onlara sevgi dərsi verər. Bu cür ailədə böyüyən uşaqlar saleh olar.



/Deyerler.org/
Müəllif: Admin | 13-02-2015, 09:36
Baxılıb: 1100
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.