Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Ana ilə qız ən yaxşı dost və rəfiqə ola bilər

Ana ilə qız ən yaxşı dost və rəfiqə ola bilər

Ana ilə qız ən yaxşı dost və rəfiqə ola bilər


(Tebyan saytına istinadən)
Tarix boyu qadınlar yeni nəslin tərbiyəçiləri kimi tanınmışdılar. Onlar fitrətlərinə qoyulmuş istedadlara görə uşaqlara qulluq edir, ev işləri ilə məşğul olurlar. Başqa sözlə desək, evin daxili işləri kimi ağır vəzifə qadınların çiyninə qoyulmuşdur.

Psixoloqların nəzirə görə ana ilə qızın münasibətləri daha çətin olur, nəinki ana ilə oğlan övladının. Bəzi analar qız övladlarını oğlan övladlarından üstün bilirlər, bəziləri isə əksinə. Ana ilə qız ən yaxşı dost və rəfiqə ola bilər. Bunun üçün çoxlu vaxt və səy lazımdır ki, hər ikisinin arasında səmimi münasibət yaransın.
Qız övladlarımızla səmimi rabitə qurmaqla bağlı bəzi tövsiyələr:

1. Qız övladları ilə rabitənin daha çətin olduğunu nəzərə almaq. Büluğ çağında ən yaxşı qız uşaqları belə əsəbi və tərs uşağa çevrilə bilirlər. Zahirində baş verən dəyişikliklərə görə ona çoxlu zaman vermək lazımdır. Ona icazə verin ki, səhvlərindən nəticə çıxarda bilsin. Onu çoxlu tənqid etməyin və əgər bəzənməyi sevirsə, siz də ona yardım edin. Bu yaşda olan qızlar analarından nəyisə gizlədirlər. Çalışın onun bu hisslərinə hörmət edəsiniz.

2. Çalışın yaxşı ana olasınız, nəinki dost. Bəzən insan həyatda çətinliklə üzləşən zaman dostunu kənara qoyur. Ona görə sizinlə də dostluğunu bitirə bilər.

3. Qızınızla hər gün söhbət edin. Qızla ana arasında ən yaxşı rabitə - azad və səmimi olan rabitədir. Ona görə də gün ərzində müəyyən zamanınızı ona qulaq asmaq üçün ayırın.

4. Qızınızı az tənqid edin. Bəzi analar belə düşünür ki, xırdalıqlara gedərək, qızlarını istədikləri kimi tərbiyə edə bilərlər. Həddən artıq tənqid uşağın özünə etimad hissini zəiflədər. Ona görə də qız gələcəkdə çata biləcəyi arzularına olan ümidini əldən verər. Bu iş ana ilə qız arasında qəzəb və əsəbiliyə səbəb olar.

5. Güclü olmağınız ilə ona özünə etimad etməyi öyrədin. Ana ilə qızın münasibəti çox mühümdür. Qızın izzəti-nəfsinə və özünə hörmət hissinin formalaşmasına birbaşa təsir qoyar. Ona görə də qızınız üçün güclü ana olun. Ona öyrədin ki, necə çətin anlarda çıxış yolu tapmaq olar.

6. Ona sevginizi hiss etdirin. Qız uşaqları adətən həmişə sevgiyə ehtiyac duyarlar. Onu sığallayın və nə qədər sevdiyinizi deyin. Bu zaman onda sizə qarşı gözəl hisslər yaranacaqdır.
/Deyerler.org/
Müəllif: Admin | 8-02-2015, 21:48
Baxılıb: 1117
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.