Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Nümunəvi ər olmaq mümkündür - ARAŞDIRMA

Nümunəvi ər olmaq mümkündür - ARAŞDIRMA

Nümunəvi ər olmaq mümkündür - ARAŞDIRMA


(Tebyan saytına istinadən)

Kişilərin heç də hamısı yüksək maaş alan və zahiri cəhətdən gözəl olan deyildir. Bir çoxlarının evi və maşını yoxdur. Lakin buna baxmayaraq, həyat yoldaşları onları sevir və hörmət edirlər. Çünki onlar nümunəvi ər olmaq üçün səy edirlər. Bir çox xanımlar baxmayaraq ki, toyları istədikləri kimi keçməmişdir və istədikləri şeyi ona almayıblar və ya ərinin ailəsi onunla yaxşı rəftar etmir, bütün bunlara baxmayaraq həyat yoldaşlarına aşiqdirlər və həyatları şirin və səfalıdır.
Bu, xoş əxlaqdır ki, həmin insanı başqaları tərəfindən sevimli edər. Bu insanın özünə etimadı tamdır və həyat yoldaşına gözəl gələcəkdən xəbər verər. Hətta əgər xanımı ondan küssə belə, o qədər şirin danışar ki, ilanı belə yuvasından çıxardar.

Xanım bu sualları verəndə: “Haradaydın? Niyə gec gəldin? Telefonun niyə bağlı idi?”, bu cür kişi ilk növbədə Allaha şükür edər ki, Allah ona bu qədər onu sevən bir həyat yoldaşı nəsib etmişdir. Yəni, onun evə gec gəlməyinə görə nigarandır, onu düşünür. Sonra ona deyər: “Necə də xoşbəxtəm ki, Allah mənə sənin kimi həyat yoldaşını nəsib etmişdir, mənə görə bu qədər nigaransan”. Xanımın qəzəbi təbəssümə çevrilər. Sonra isə niyə gec gəldiyini xanımına söyləyər.

Qadınlar o kişilərə aşiqdirlər ki, gözlərinin içinə baxsın. Yəni, onlarla maraqlansın və gözəlliklərindən söz açsın. Misal üçün: “Gözlərin necə də gözəldir”. Kişi evə gələn zaman xanımı özünü onun üçün bəzəyər və əgər kişi buna diqqət etməzsə və evə gələndən ya qəzet oxuyar və ya mobil telefonu ilə məşğul olarsa, bu rəftar xoşbəxt ailə rabitəsi üçün heç də yaxşı olmaz.

Siz əgər xanımınıza ömür boyu bir boyunbağı almasanız, ancaq onun yaxşı cəhətlərini özünə desəniz və hətta bu işi ailənizin qarşısında etsəniz, onun üçün hər növ zinətdən daha üstündür. Bunu təcrübədən keçirdin.

/Deyerler.org/
Müəllif: Admin | 7-02-2015, 21:18
Baxılıb: 433
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.