Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Gələcək həyat yoldaşınızla görüşün 7 qaydası

Gələcək həyat yoldaşınızla görüşün 7 qaydası

Gələcək həyat yoldaşınızla görüşün 7 qaydası


(Tebyan saytına istinadən)
Gələcək həyat yoldaşınız olacaq xanımla ilk görüşünüz çox mühümdür. Bu görüşdə hər iki tərəf bir-biri haqqında qərarlar verərlər. Bilərlər ki, qarşı tərəf ona uyğun insandır, yoxsa yox. Ona görə də həmin görüşün əhəmiyyəti böyükdür. Bu görüşdə etməli olduğunuz 7 qaydaya işarə edək:

1. Vaxtın qədrini bilin. İşinizi elə planlaşdırın ki, görüşə vaxtında gələsiniz. Əgər qarşı tərəf görüşə gec gələrsə, çox da üstünə getməyin. Çalışın onu başa düşəsiniz. Ancaq əgər sonrakı dəfələrdə də təkrar olarsa, həmin şəxsin məsuliyyətsiz olduğuna işarə edər.

2. Səliqəli və təmiz olun. Qarşı tərəfə ehtiram qoymağın amillərindən biri də zahirinizə diqqət etməkdir. Özünüzü bəy kimi bəzəməyin. Lakin səliqəli və təmiz olun. Elə paltar geyinin ki, qarşı tərəfə müsbət təsir qoya biləsiniz. Öz şəxsiyyətinizi geyim tərzinizlə bəyan edin.

3. Baxışlarınızı kontrol edin. Davamlı olaraq o tərəf və bu tərəfə baxmayın. O, söhbət edən zaman üzünə baxmağa çalışın. Ancaq gözünüzü dikməyin ki, səhv başa düşülərsiniz. O həddə nəzər salın ki, nə özünüz və nə də qarşı tərəf əziyyət çəkməsin.

4. Həddinizi aşmayın. Bəzən xoşsöhbət görünmək üçün öz eyblərinizi açıb tökürsünüz. O qədər xəcalətli olmayın ki, özünüzə etimadı əldən verəsiniz. Tez-tez söhbət etməyin və özünüzü çox tərifləməyin.

5. Dərdləşməyin. Söhbətin tərzi çox mühümdür. Mükalimə gərək aydın və maraqlı olsun. Əgər ilk söhbətdə çətinliklərinizdən danışsanız, qarşı tərəf elə bilər ki, siz həmişə çətinlikdə olan insansınız. Halbuki, indi tanımaq zamanıdır, dərdləşmək deyil. İndi özünüzü ən yaxşı şəkildə tanıtmaq zamanıdır. Rabitənizin mənfi olmasına imkan verməyin.

6. Keçmişdən danışmayın. Bu söhbət çox əhəmiyyətli olduğu üçün keçmiş rabitələrinizdən və xanımlarla olan uğursuz münasibətlərinizdən danışmaq yersiz olardı. Bəzən cavanlar bu cür söhbətlərdə ailə üzvlərinin keçirtdiyi xəstəliklərdən, ya özünün tibbi əməliyyat olmasından söz açarlar. Yaxşı olar ki, bu cür söhbətlərdə oxuduğunuz kitablar, baxdığınız filmlər haqqında danışasınız.

7. Tez qərar çıxartmayın. İlk görüşdə yaxşı olar ki, tez qərar çıxartmayasınız. Zahiri görünüşə və səthi məsələlərə görə hökm çıxartmayın. İlk görüşdə yadda saxlayın ki, özünüzü ən yaxşı şəkildə tanıtmalısınız. Bu cür görüş qarşı tərəfi də danışmaq üçün təşviq edər.
/Deyerler.org/
Müəllif: Admin | 1-02-2015, 17:50
Baxılıb: 457
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.