Əməllərimizin İmama (ə.f) təqdim edildiyini unutmayaq
Müəllif: Admin
Tarix: 27-01-2015, 09:30
Əməllərimizin İmama (ə.f) təqdim edildiyini unutmayaq


Əhli-Beyt - (ə) Allah sirrinin pənah yeri, Onun elminin sandığı, Onun hökmünün mərcəsi, Onun kitabının xəzinəsi və Onun din dağlarıdır. Allah onların vasitəsilə dinin belini dikəltdi. Ümmətlərdən heç biri Ali-Muhəmməd (ə) ümməti ilə müqayisə oluna bilməz. O kəslər ki, bu nemətə malikdirlər, onların özü ilə müqayisə oluna bilməzlər. Onlar dinin bünövrəsi və sütunudurlar. (Tebyan)

Çox sayda hədislərdə Məsum İmamlar (ə) özlərini Allahın görən gözü adlandırmışdılar. Bizim zamanımızda isə Həzrət Məhdi (ə.f) Allahın görən gözüdür. Yəni, bizim hər bir əməlimizə agah və nazirdir. Bütün əməl dedikdə, kiçik əməllərimizdən tutmuş niyyətilərimizə qədər hamısı Həzrətə (ə.f) təqdim olunar.
İmam Sadiqdən (ə) nəql olunur ki, buyurub: “İnsanların bütün əməlləri hər gün səhər Peyğəmbərə (s) təqdim olunardı, yaxşı və pislərin əməl. Ona görə də ehtiyatlı olun və bu Allahın kəlamıdır ki, buyurur: “Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir»”. (“Tövbə” 105).
İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Sizin bütün əməlləriniz hər cümə axşamının əsri Peyğəmbərə (s) təqdim olunar. Ona görə də sizin çirkin əməllərinizin Peyğəmbərə (s) təqdim olunmasından xəcalət çəkin”.

Bu mövzu o qədər mühümdür ki, əgər insan bu həqiqəti qəbul etsə, başa düşər ki, elədiyi hər bir əməldən həm Allah, həm Peyğəmbər (s) və həm də Məsum İmamlar (ə) agah olar, ona görə xəcalət çəkər. Çalışar ki, pis işlər görməsin ki, onların yanında başı aşağı olmasın. Bu ona bənzəyir ki, insan bir zavodda işləyər ki, hər gün onun haqqında müdirə məlumat verərlər və o, bütün etdiyi işlərdən xəbərdar olar. Bu zaman daha yaxşı və keyfiyyətli iş görməyə çalışar.
Ona görə də çalışaq ki, əməllərimiz elə olmasın ki, İmam Zaman ağaya (ə.f) təqdim olunan zaman onu narahat etsin və ona əziyyət versin. Mələklərin yanında başımız aşağı olsun. Bir qəbilə pis iş görəndə, həmişə o qəbilənin böyüyü xəcalət çəkər.

Biz Əhli-beytin (ə) qədrini bilmirik. O insana bənzəyirik ki, evində dəyərli xəzinəsi var, lakin ondan qafildir. Halbuki, Allah bir əlimizə Quranı və o biri əlimizə Peyğəmbər (s) itrətini vermişdir. Ancaq özümüzü elə aparırıq ki, sanki əlimiz boşdur.

Həzrət Peyğəmbər (s) buyurur: “(Quran və itrət) hər ikisi bir-birinin kənarındadırlar. Heç bir zaman bir-birindən ayrılmaz. Əgər kimsə bunlardan birini zay etsə, o birisi də zay olar”. Çünki hər ikisinin bir-biri ilə sıx rabitəsi vardır.

/Deyerler.org/
Oxşar xəbərlər
13 may 2015 12:53
Qonaq
ALLAH cəmi ƏHLİ_BETƏ Kömək Olsun.
Müşriklər Biz Sülüyman Ataallahin Ayağini 3 yrdən qirdilar.
3cü Qrup ƏLİL Oldum,İş Vaxti İstehsalat Xəsarəti Alaraq.
Hüququmu Məhkəmə Hakimləri və bəzi polislər şeytana Satdilar.
Fiz-Ximik,Magistr,Elektrik-Mühəndis,2 ildir İşsizəm
Ümum Dünya Əhli-Beyt Cəmiyyətinin Üzvüyəm.
1 DAN Kontakt Karateci Olsamda Qabaq.
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031