Xurma
Mьəllif: admin1
Tarix: 14-04-2014, 12:37
Xurma


«Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardı ki, hamısı bir su ilə suvarılır və bununla belə, məhsul baxımından onların bəzisini bizisindən üstün edirik. Həqiqətən bunda ağıllarını işlədən dəstə üçün nişanələr var». («Rə’d», 4)

Qurandakı adı: «Nəxl», «nəxil».
Elmi adı: phoenix dactylifera.
Qurani-məciddə adı çəkilən meyvələr içərisində xurmanın adı daha çox təkrarlanmışdır. İyirmi Quran ayəsində «nəxl» və «nəxlə» kəlməsi keçmişdir. Səkkiz ayədə tək şəkildə, on iki ayədə isə zeytun, nar və üzüm kimi digər meyvələrlə yanaşı qeyd olunmuşdur. Belə bir fiikr var ki, xurma ağacının əkilib becərilməsi altı-yeddi min il əvvəl başlamışdır. Ehtimal olunur ki, o zaman xurma ağacından başqa meyvə ağacı becərilmirdi və bəlkə də elə bu səbəbdən xurma həmişə bəşəri mədəniyyətlə yanaşı olmuşdur. Xurmanın ümumi adı olan Finiks eyni zamanda əfsanəvi quşun adıdır. Nəql olunur ki, bu quş neçə min il əvvəl Böyük Ərəbistan səhrasında mövcud olmuşdur. Orta ömrü 500-600 il olan bu quş özünü yandırdıqdan sonra öz külündən yenidən zahir olardı. Qədim yunan və Roma ədəbiyyatında xurma ağacı ilə bu quşun rabitəsinin mümkünlüyü barədə çoxlu dastanlar vardır. Bir ərəb zərb məsəlinə görə xurma ağacının faydaları ilin günlərinin sayı qədərdir. Həqiqətən də xurma müxtəlif faydalara malikdir. Onun ağacından tikintidə, yarpaqlarından isə kəndir, həsir və digər əşyaların istehsalında istifadə olunur. Eyni zamanda öz şadlıq mərasimlərində hamılıqla əllərində xurma yarpaqları tutmaq ərəblərin qədim adəti idi. Xurmanın çəyirdəyi qurudulduqdan sonra üyüdülüb un şəklinə salınsa heyvanlar üçün münasib qida əldə olunar. Xurma şirin və ləzzətli meyvə olmaqdan əlavə həm də insan üçün ən yaxşı qida məhsuludur. Xurmanın tərkibində böyük miqdarda saxaroza, protein, selluliz, nişasta və eyni zamanda xeyli miqdarda A, V, S vitaminləri, dəmir, sodium, kalsium, kükürd, fosfor vardır. Xurmadan bal kimi şirniyyatın, şirələrin və şərbətlərin hazırlanmasında da istifadə olunur. Xurma ikigövdəli bir ağacdır. Yəni erkək ağac və onun dişisi iki ayrı gövdədə yanaşı bitirlər. İki ağacın arasında gedən tozlanma meyvənin yaranmasına səbəb olur. Bir erkək xurma ağacı yüz dişi ağacın tozanmasına kifayət edir. Xurma bağı xurmalıq adlanır. Əgər xurmalıqda erkək xurma ağacları olmasa ordakı ağacların heç biri meyvə verməyəcək. İslamın zühurundan əvvəl ərəb qəbilələri düşmənçilik etdikləri qəbilələrin xurma ağaclarını, xüsusilə erkək xurma ağaclarını kəsib məhv edirdilər. Müsəlmanlar bu işə qarşı çıxdılar və onu qadağan etdilər. Ağaclarla belə rəftarı yer üzərində fəsad hesab edirdilər. Hətta müharibə vaxtı qoşun sərkərdələrinə göstəriş verilirdi ki, günahsız insanları incitməsinlər, ağacları kəsməsinlər. Ağacların qorunmasına olan bu güclü həssaslıq inqilabi bir düşüncə və insan cəmiyyətinin inkişafı üçün əməli bir yol idi. Bir dəfə müsəlmanlar Bəni Nəzir qəbiləsi ilə qarşılaşanda müharibədə qələbə qazanmaq üçün düşmənin xurma ağaclarını kəsməyə məcbur oldular və bu əməl onları çox kədərləndidi. O zaman «Həşr» surəsinin 5-ci ayəsi nazil oldu və müsəlmanların kədərini aradan qaldırdı, çətin şəraitdə onlara belə bir işi yerinə yetirməyə icazə verildi.
Xurma tibbi baxımdan da çox dəyərlidir. Sakitləşdirici və işlədicidir. Eyni zamanda ürəyin hərəkətinə yaxşı kömək edir, yaddaşsızlığı aradan qaldırır. Tənəffüsdə olan narahatlıq, xüsusilə tənginəfəslik üçün çox faydalıdır. Sidikqovucu, cinsi qailiyyəti də gücləndirir. Xurmanınbütün xüsusiyyətlərinə və tərkibinə diqqət yetirsək, onu kamil və qüvvətləndirici bir yemək hesab edə bilərik. Xurma çəyirdəyinin unundan hazırlanan məlhəm və plastırlar göz xəstəliklərindən, xüsusilə gözdəki buynuz təbəqənin şişindən və göz ağrılarından əziyyət çəkənlər üçün şəfadır. Həzrət Məhəmməd (s) sağlamlıqlarını qorumaq üçün insanlara xurma yeməyi tövsiyə etmişdir. Baxmayaraq ki, bir dəfə Həzrət Əli (ə)-ı xurma yeməkdən çəukindirdiyi də nəql olunmuşdur. Ancaq Peyğəmbərin (s) Həzrət Əliyə (ə) etdiyi bu tövsiyə elmi cəhətdən təsdiqlənmişdir. Çünki xurmanın tərkibində liflər olduğundan xəstə bədəndəki zəif mədənin həzmində problemlər yaranır. Bəzi müfəssirlər xurmanın hamilə qadınlar üçün çox faydalı olduğunu bildirmişlər. Çünki «Məryəm» surəsində də deyilir ki, Həzrət Məryəm (ə) hamiləlik ağrısı çəkən zaman onun üçün Allah tərəfindən xurma yeməsi tövsiyə olundu. («Məryəm», 24-25)

Xurmanın ən yaxşı dərilmə vaxtı ağacın kökünün suda və yarpaqlarının yay günəşinin ən qızmar şüaları altında olan vaxtıdır. Xurma ağacının hündürlüyü 16 metrdən 20 qədərdir. Qurani Kərimdə «Rəd» surəsinin 4-cü ayəsində xurmanın iki növündən - «sinvan» və «qeyri sinvan»dan (bir kökdən və müxtəlif köklərdən olan xurma ağaclarından) danışılır. Xurma ağacının orta yaşı 200 ildir. Xurma ağacı hündür olsa da kökü iki metrdən artıq olmur. Xurma bağlarının özünəməxsus gözəlliyi olduğundan bir çox Ərəb, Afrika hətta Avropa şairləri öz məşhur şerlərində xurmanın gözəlliklərindən bəhs etmişlər.

Coğrafi cəhətdən xurmanın əkin yeri əsasən İraq, Ərəbistan, İran və Misirdir. Xurma tibbi dəyərindən əlavə tarix və mədəniyyət baxımından da «İlahi lütf» adlandırıla bilər. Elə bu səbəbə görə də Qurani Kərimdə xurma böyük ehtiramla yad edilir. Rəsuli-Əkrəm (s) hədislərində də buna az yer verməmişdir.

Xurma haqqında bir neçə hədis:
Allah Rəsulu (s) buyurmuşdur:
«Mümkün olduğu qədər sübh yeməyini xurma ilə bir yerdə yeyin».
Əbu Bəsir rəvayət etmişdir: «Biz Allah Rəsuluna (s) kərə yağı və xurma hədiyyə etdik. Çünki o, bunların hər ikisini çox sevirdi».
Ənəs ibn Malik Allah Rəsulunun (s) belə buyurduğunu rəvayət etmişdir:
«Hətta bir-iki xurma ilə olsa belə şam yeməyini tərk etmək ömrü qısaldır».
Cabir ibn Əbdullah rəvayət etmişdir ki, Allah Rəsulu (s) buyurdu: «Kişmişlə xurmanı birlikdə yeməyin».


«Əbədi nur» jurnalından
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930