Hz.Rəsulallah və İmam Sadiqin mövlud həftəsidir- (Günün əməlləri)
Müəllif: Admin
Tarix: 9-01-2015, 00:59
Hz.Rəsulallah və İmam Sadiqin mövlud həftəsidir- (Günün əməlləri)

Bu gün bəşəriyyətin ən üstün şəxsi Həzrəti Məhəmməd(s) peyğəmbərin və Həzrəti İmam Sadiqin(ə) mövlud günüdür
Bu mövlud münasibətilə başda Həzrəti Mehdi Sahib əz-Zaman (ə.f) olmaqla, bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik. Allah-təala bizi hər iki dünyada onlardan ayrı salmasın!
Bu il hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri yanvarın 4-9 təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir. Rəvayətlərə əsasən, İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) məhz bu günlərin birində dünyaya göz açıb.

Bu günün xüsusi ibadi əməlləri var. Onları aşağıda qeyd edirik:
1. Qüsl etmək.
2.Oruc tutmaq (Bu gün oruc tutan şəxsin savabı il boyu oruc tutmaq savabına bərabərdir).
3. Namaz (İki rikətli namazdır; hər iki rikətdə "Fatihə" surəsindən sonra 10 dəfə "Qədr" və 10 dəfə "İxlas" surəsini oxumaq).
4. Sədəqə vermək.
5. Hz.Məhəmməd (s) peyğəmbəri ziyarət etmək. (Bu gün peyğəmbərin(s) qəbrini ziyarət etmək çox böyük savabdır. İmkanı olmayanlar onu uzaqdan ziyarət edə bilərlər. Bunun üçün dua kitablarında bir neçə ziyarət nəql olunmuşdur. Bunu da edə bilməyənlər dayandığı yerdən "Əssəlamu əleykə Ya Rəsuləllah" desələr belə kifayətdir. Rəvayətdə Hz.Rəsuli-Əkrəm buyurmuşdur: "Hər kim mənim qəbrimi ziyarət edərsə, elə bil məni sağlığımda ziyarət etmişdir. Mənim qəbrimi ziyarət edə bilməyən dayandığı yerdən mənə salam göndərsin").
6.Hz.Əlini (ə) ziyarət etmək. (Hz.Əlinin(ə) qəbrini yaxından və yaxud uzaqdan ziyarət etmək).
7. Bu günü əziz tutmaq və qeyd etmək. (Seyyid ibn Tavus "əl-İqbal" kitabında bu günü qeyd etməyi tapşırmışdır. Çünki bu gün insanların və peyğəmbərlərin(ə) ən üstün şəxs dünyaya gəlmişdir.).

Onu da qeyd edək ki, əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu 2015-ci ildə iki dəfə qeyd olunacaq. Belə ki, bu il Hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri 2015-ci il yanvarın 4-9-u tarixinə və 2015-ci il dekabrın 24-29-u tarixinə təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir.
Oxşar xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31