Həzrət Peyğəmbər (s), təbii ölümlə dünyasını dəyişmişdir, yoxsa şəhadətlə?
Müəllif: Admin
Tarix: 8-11-2018, 21:32
Həzrət Peyğəmbər (s), təbii ölümlə dünyasını dəyişmişdir, yoxsa şəhadətlə?
Həzrət Peyğəmbər (s) həyatı boyu çox sayda sui-qəsdə məruz qoyulmuşdur. Besətin əvvəlində müşriklər Həzrəti (s) öldürmək istəyirdilər.

Mədinəyə hicrət edəndən sonra isə rəhbərlik həvəsində olan bir çox münafiqlər Peyğəmbərə (s) çox sayda sui-qəsd edirlər. Və nəticədə Həzrəti (s) zəhərləməyə müvəffəq olurlar. Ona görə də Peyğəmbərin (s) ölümünü təbii ölüm adlandırmaq olmaz. Çünki Həzrət (s) nəticədə zəhərin təsirindən şəhid olur.

İmam Sadiq (ə) buyurur: “Elə bir peyğəmbər və vəsi yoxdur ki, şəhid olmasın”. Yəni, Allah yolunda qətl edilməsin.

Ona görə də Əhli-Beyt (ə) məktəbinin əqidəsi belədir ki, Həzrət Peyğəmbər (s) Xeybər döyüşündə zəhərlənir və boynunun damarı bu zəhərin təsirindən qət olur və Həzrət (s) nəticədə şəhid olur.

Qurani-Kərim buyurur: “Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3).

Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) bu ayələrlə bağlı buyurur: “Bu, nə imtahandır? Cəbrayil (ə) deyir: “Ey Muhəmməd! Allah Təala sənə salam göndərir və buyurur: “Mən səndən əvvəl elə peyğəmbər göndərməmişəm, məgər o halda ki, həyatının sonunda yerində əyləşəcək canişinini seçməsin, yolunu və əhkamını diriltməsin. Ona görə də doğru danışanlar o kəslərdir ki, Peyğəmbərin (s) əmrini icra edərlər və onlar ki, ona itaətsizlik edərlər – onlar yalançılardır.

Ey Muhəmməd! Həqiqətən, sənin Allaha tərəf getməyin yaxınlaşmışdır. Allah sənə əmr edir ki, özündən sonra Əli ibn Əbutalibi (ə) ümmətin üçün seçəsən və o, sənin canişinindir ki, ümmətini hidayət edəcəkdir. Əgər ümmət onun ardıcılı olsa, sağlam qalacaqdır”.

Həzifə nəql edir ki, bu hadisədən sonra Həzrət (s), İmam Əlini (ə) çağırır və ona olanları xəbər verir. Bu o gün baş vermişdi ki, Həzrət Peyğəmbər (s) Aişənin evində qalmışdı.

Həzrətin (s) ömrünün sonuna az qalması xəbəri münafiqlərin qulağına çatır.

Onlar Həzrətə (s) sui-qəsd etmək fikrinə düşürlər. Belə qərara gəlirlər ki, Həzrətin (s) dəvəsinin üstlüyünü boşaltsınlar və Həzrət (s) də dəvədən yıxılsın. Ancaq bu işi Təbuk döyüşündə etdikləri və nəticəyə çatmadıqları üçün qərara gəlirlər ki, Peyğəmbəri (s) zəhərləsinlər.

Nəhayət öz rəzil məqsədlərinə çatır və Həzrəti (s) zəhərləyirlər. Bu zəhər Həzrət Peyğəmbərə (s) tədricən təsir edir və nəhayət onun mübarək bədənini əhatə edir və Həzrət şəhadətlə dünyasını dəyişir...

“Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şuəra” 227).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930